PARADOKS

AKTUAL

Milli Teatr günündə Akademik Musiqili Teatrda premyera

23-02-2020, 18:21
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 165

  Milli Teatr günündə Akademik Musiqili Teatrda premyera
  Milli Teatr günündə Akademik Musiqili Teatrda premyera
  Milli Teatr günündə Akademik Musiqili Teatrda premyera

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı öz ənənəsinə sadiq qalaraq Milli Teatr
günündə yeni səhnə əsəri ilə ​tamaşaçıların görüşünə gələcək. ​110-cu mövsümünü yaşayan
qocaman teatrın növbəti premyerası – rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun
quruluşunda ​bəstəkar, Xalq artisti Səid Rüstəmovun və görkəmli yazıçı Məmməd Səid
Ordubadinin librettosu əsasında hazırlanan "Beş manatlıq gəlin” komediyası olacaq. Tamaşa
mart ayının 10-u və 14-də saat 19:00-da oynanılacaq.
​ Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş
ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan bu səhnə əsəri
1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının
səhnəsində dəfələrlə göstərilmiş və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada  Xalq artistləri – İlham Namiq
Kamal, Fatma Mahmudova, Əməkdar artistlər – Novruz Əliyev, Ələkbər Əliyev, Nadir
Xasıyev, İqrar Salamov aktyorlar – Möylə Mirzəliyev, Elxan İsmayılov, Ağaxan Şərifov,
Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə
Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar
Qarayeva iştirak edəcəklər. 
Orkestr, xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu
dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar
artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu
rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan
Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI