PARADOKS

AKTUAL

Türkiyə İrandan gələn bütün şəxsləri yoxlayacaq

22-02-2020, 03:14
  •     
  • Ölkə |
  •  Oxunma: 46

Türkiyə İrandan gələn bütün şəxsləri yoxlayacaq İranla Türkiyə arasındakı sərhəd keçid məntəqələrində koronavirusa (COVID-19) qarşı tədbirlər gücləndirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Xoca məlumat verib.

Nazir fevralın 20-dən etibarən İrandan Türkiyəyə gələn bütün şəxslərin termokameralar vasitəsilə yoxlanıldığını bildirib. Sərhəd keçid məntəqələrinə tibbi heyət yerləşdirilib.

İranın Səhiyyə naziri Səid Namaki ilə telefon danışığı apardığını bildirən F.Xoca Türkiyə Respublikası olaraq İran xalqının yanında olduqlarını bildirib. O, qonşu dövlətə lazımi hər cür dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.

Qeyd edək ki, İranda koronavirusa yoluxma faktı artıb, indiyədək 4 nəfər bu virusdan ölüb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI