PARADOKS

AKTUAL

KQB-ni ABŞ-a satan Yurçenkoya niyə ən yüksək mükafat verildi? – Şok faktlar açıqlandı

14-02-2020, 15:29
  •     
  • Ölkə |
  •  Oxunma: 26

KQB-ni ABŞ-a satan Yurçenkoya niyə ən yüksək mükafat verildi? – Şok faktlar açıqlandı Əvvəli burada https://teleqraf.com/news/dunya/237665.html)

Qayıdış üçün gediş

Tezliklə Pelton həbs olundu – məhkəmə onu ömürlük həbs cəzasına məhkum etdi. Li Hovardı həbs etmək mümkün olmadı – o, Federal Təhlükəsizlik Bürosunu aldatmağı bacardı və KQB ilə əvvəlcədən razılaşdırılmış bir kanal vasitəsilə SSRİ-yə qaçdı. Ancaq Hetavey bundan çox narahat deyildi, çünki Yurçenko sirləri açmağa davam edirdi. O, xüsusilə KQB-nin Moskvadakı Mərkəzi Kəşfiyyat İdarəsi rezidensiyası işçilərini izlədiyi xüsusi vasitə haqqında danışdı. Bundan başqa Yurçenko müharibə vəziyyətində Avropada silah saxlama yerlərinin yaradılması və nüvə istehsal edən laboratoriya haqqında da danışır. Ona söz verilmiş 70 min dollar artıqlaması ilə ödənildi.

Bir çox Rusiya və Amerika kəşfiyyat veteranları Yurçenko işini KQB-nin ikili agent tətbiq etmək üçün ən hiyləgər bir əməliyyat adlandırmaqda haqlıdırlar.

Noyabrın 2-də Yurçenko ona təhkim edilmiş MKİ əməkdaşının müşayiəti ilə bahalı restorana nahar etməyə gedir. Yeməyin sonunda o, tualetə getmək lazım olduğunu söyləyir. MKİ bundan sonra Yurçenkonu görə bilmir. Bir saat sonra sovet səfirliyinin qapısını döydü, burada iki gün sonra sensasiyalı mətbuat konfransı keçirildi. Zalda çaşqınlıq və heyrət hökm sürürdü. Səfirliyin katibi Vitali Çurkinin (Vitali Çurkin – sovet və Rusiya diplomatı, fövqəladə və səlahiyyətli səfiri idi. Həmin dövrdə ABŞ-dakı sovet səfirliyində işləyən V. Çurkin 1992-1994-cü illərdə Rusiya Xarici İşlər nazirinin müavini, 2006-2017-ci illərdə RF-in BMT-dəki və BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi olub. Vitali Çurkin bu vəzifədə işləyərkən, 2017-ci ildə Nyu-Yorkda vəfat edib – S.Həmid.) iştirakı ilə Yurçenko amerikalıların onu gizlətdiklərini və narkotik maddələrlə uyuşduraraq sirlərini açdıqlarını söyləyir. Ancaq o, bir sovet adamı kimi bununla bacarmayıb və indi vətəninə qayıtmağı gözləmir.

Dövlət Departamenti inad göstərməyə cəhd edir, amma SSRİ hakimiyyəti qalmaqalı pedallamaq istəmir: Mixail Qorbaçov var gücü ilə Reyqanla körpülər qurmuşdu. Tezliklə Yurçenko başqa bir “diplomat”ın, əslində isə kəşfiyyat zabiti Valeri Martınovun müşayiəti ilə Moskvaya uçur.

Bu nə idi?

Niyə Yurçenko bu günə qədər suallar doğurur? İlk baxışdan hər şey sadə və aydın görünür: qaçdı və qayıtdı. Bəs amerikalıların da dediyi kimi qayıdanda onu niyə güllələmədilər, əksinə qapıda vegetarian kimi qarşıladılar. Sadəcə pensiyaya göndərildi.

Hər şey belə olub. Xüsusi xidmət orqanları üzrə ixtisaslaşan tarixçi İqor Atamanenko yazır ki, qayıtdıqdan sonra hər kəsə KQB-nin ən yüksək mükafatı – “Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı” nişanı verilmir. Amma Yurçenko əslində MKİ-yə ən azı iki sovet agentini satıb. Bunun ardından mükafat və pensiya yox, güllə gəlməli idi. Məsələ nədədir?

Görünür, bir çox yerli və Amerika kəşfiyyat veteranları Yurçenko davasını ikiqat agent tətbiq etmək istiqamətində KQB-nin ən bacarıqlı əməliyyatı adlandırmaqda haqlıdırlar. Həqiqətən, baş verən hər şeyə bir az fərqli baxsanız, tam olaraq bunu görə bilərsiniz. Bəli, Yurçenko Hovarda xəyanət etdi. Lakin o, artıq bu vaxt MKİ-də işləmirdi və sirr mənbəyi kimi dəyəri sıfır idi. Amerikalılar Yurçenkonun danışdığı “casus tozu” haqqında hələ 1981-ci ildə bilirdilər, onun nümunələri MKİ ilə əlaqə quran bir sovet alimi tərəfindən amerikalılara təhvil verilmişdi. SSRİ-nin müharibəyə hazırlaşması da Avropada böyük bir sirr deyildi – gələcək diversantlar hətta idman komandaları adı altında xaricə ezam olunurdu ki, əraziyə baxsınlar. Pelton isə başqa bir məsələdir, o, əslində gizli məlumatlara çıxış imkanlarına malik idi. Onun butulkaya olan həvəsi Federal Təhlükəsizlik Bürosundan nə qədər gizlənə biləcəyi ilə bağlı sual doğursa da, belə bir agenti itirmək sanki çox təəssüf doğururdu.

Əslində isə təəssüf doğurmurdu.

Xeyr, mən asla deyil. Belə ki, Yurçenko amerikalılar Pelton və Hovardın adını təslim etsə də, KQB tərəfindən 9 ay əvvəl ələ alınan ən mühüm sovet kəşfiyyat agentinin adını açıqlamamışdı. Xidmətlərini SSRİ-yə könüllü olaraq təqdim edən Oldriç Eyms MKİ-nin əks-kəşfiyyat idarəsinin rəisi kimi sovet xarici kəşfiyyat idarəsinin rəhbəri vəzifəsini icra edir və Amerika casuslarının ittifaqdakı hərəkətləri haqqında hər şeyi bilirdi. Belə bir agent yüz başqasına dəyərdi.

Ancaq Yurçenkonun nümayişkaranə şəkildə qaçması və növbəti gün mətbuat konfransı keçirməsi necə lazımdırsa, o cür də işlədi. MKİ ciddi şəkildə düşünməli idi – aydındır, Yurçenko xain deyildi, amma bir quraşdırmadır. Lakin o, real casuslar Hovard və Peltonu ifşa etmişdi. Digər məlumatlarında həqiqət və yalan nədir? Bunun aydınlaşdırılmasına illər sərf olundu.

Hətta əməliyyatın sonuncu ştrixləri də işlənilmişdi. Valeri Martınovun Yurçenkonu müşayiət etmə qərarı KQB-nin Martınovun uzun müddət MKİ-yə işlədiyini bilməsi ilə izah edildi. Ancaq geri qayıtmaq əmri alsa, o, Oleq Qordiyevskinin etdiyi kimi şübhələnib qaça bilərdi. İndi isə Martınovun geri qayıdışını təmin etmək üçün yaxşı bəhanə var idi – o elə təyyarədə ikən həbs olundu və güllələnmə cəzasına məhkum edildi.

Və nəhayət. Yurçenko işinin əhəmiyyəti barədə Vaşinqtondakı KQB rezidensiyasının keçmiş rəis müavini Viktor Çerkaşinin və Erli Pitin “Casus tanımaları” kitabında dediklərini xatırlatmaq yerinə düşər. “Yurçenkonun qayıtdığı gecə Kryuçkovdan yenidən qaçmaq qərarına gəldiyi təqdirdə “intiharını” təşkil etməyimlə bağlı onun imzası olan bir əmr aldım. O, bizdən yenidən sağ şəkildə qaçmamalı idi”, – deyə Çerkaşin bildirib.

Buna görə də əbəs yerə deyil ki, KQB rəhbəri Vladimir Kryuçkov Vitali Yurçenkonun işindən “Tam məxfi” qrifini götürməyin zamanının hələ gəlmədiyini qeyd edib. Görünür, bu zaman heç vaxt gəlməyəcək...


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI