PARADOKS

AKTUAL

Gizli roman: Bred Pittin barmen qızla eşq macərası ortaya çıxdı

14-02-2020, 15:28
  •     
  • Ölkə |
  •  Oxunma: 43

Gizli roman: Bred Pittin barmen qızla eşq macərası ortaya çıxdı Məşhur Hollivud ulduzu Bred Pittin gizli eşq romanı üzə çıxıb. 56 yaşlı aktyor Şotlandiyadan olan qızla münasibətlərini uzun illər gizlədib. Bu barədə “Cosmo” xəbər yayıb.

Münasibətlərin sürətlə başladığı və tez bitdiyi vurğulanır.

Məlumata görə, aktyor “Legends of the Fall” filminin növbəti çəkilişləri üçün getdiyi Qlazqo şəhərində Cillian Lembə vurulub. Bu, 1994-cü ildə baş verib. Onlar Mitçell küçəsində Deni Keynin pabında tanış olublar. Cillian orada barmen işləyib.

Lemb etiraf edir ki, aktyoru ilk dəfə görəndə ona qəribə təsir bağışlayıb. Bred qızı dərhal görüb, barın digər işçisindən onun adını öyrənib və Cillianı çağırıb.

Eşq macərası cəmi bir həftə çəkib. Aşiq cütlüklər “Marriott” və “One Devonshire Gardens” hotellərində görüşüblər.

Qeyd edək ki, aktyorun keçmiş arvadı Cennifer Enistonla münasibətlərinin yenidən başlaya biləcəyi barədə şayiə yayılıb. Yeddi il evli olan cütlük 2005-ci ildə boşanmışdı.

“Oskar-2020” qələbəsindən sonra tədbirdə Pittin sabiq xanımı ilə flirti nəzərdən yayınmayıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI