PARADOKS

AKTUAL

Akademik Musiqili Teatrda "Talelər qovuşanda" 135-ci dəfə...

5-02-2020, 21:54
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 54

Akademik Musiqili Teatrda "Talelər qovuşanda" 135-ci dəfə...

Yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
repertuarında uğurla nümayiş olunan "Talelər qovuşanda" iki hissəli operettası bu
dəfə fevral ayının 6-da saat 19:00-da yenidən oynanılacaq.
Uzun illərdir SSRİ xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin​ sədaları
altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu
quruluşu mərhum rejissor​ Faiq Zöhrabova aiddir və premyerası 23 yanvar 2003-cü
ildə olub.
Bu dəfə 135-ci dəfə teatrsevərlərin görüşünə hazırlaşan "Talelər qovuşanda"
tamaşasında rolları Əməkdar artist​ Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev,
Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban
Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov,
Fərid Rzayev, Elməddin Dadaşov ifa edəcəklər. Balet və xor artistləri də həmişə
olduğu kimi tamaşaya xüsusi ahəng qatacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI