PARADOKS

AKTUAL

Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

28-01-2020, 23:51
  •     
  • Ölkə |
  •  Oxunma: 40

Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronavirusla əlaqədar xüsusi palatalar ayrılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma və ya yoluxmada şübhəli hal qeydə alınarsa, həmin xəstələrin stasionar müalicəsi üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 5-dən çox xüsusi palata ayrılıb:

"Bunlar xüsusi rejimli palatalardır. Çöldəki təzyiqlə müqayisədə həmin palatalardakı təzyiq aşağı olur. Xəstəliyə şübhəli şəxs olarsa, onlar bu palatalarda yerləşdiriləcəklər".

Baş infeksionist Azərbaycanda indiyədək koronavirusun aşkar edilmədiyini, heç bir şəxsin bu xəstəliyə yoluxmada şübhəli bilinmədiyini də söyləyib:

"Ölkəmizdə koronavirusla xəstələnmə halı yoxdur. İndiyədək hələ heç bir şübhəli şəxs də qeydiyyata alınmayıb".


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI