PARADOKS

AKTUAL

Bu gün AŞPA-nın qış sessiyası başlayır

27-01-2020, 15:14
  •     
  • Ölkə |
  •  Oxunma: 34

Bu gün AŞPA-nın qış sessiyası başlayır
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

Sessiya çərçivəsində Gürcüstan və Moldovanın prezidentləri, Gürcüstanın Xarici İşlər naziri çıxış edəcəklər.

Bundan əlavə, Polşada demokratik institutların fəaliyyəti, media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri və s. mövzular müzakirə olunacaq.

Həmçinin yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.(apa)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI