PARADOKS

AKTUAL

Afrikanın Bakıda doğulmuş ən varlı qadınının fırıldaqçılıq faktları mediaya sızdırıldı

22-01-2020, 15:46
  •     
  • Ölkə |
  •  Oxunma: 41

Afrikanın Bakıda doğulmuş ən varlı qadınının fırıldaqçılıq faktları mediaya sızdırıldı
Afrikanın Bakıda anadan olmuş ən varlı qadını və onun ərinin Anqola dövlətinə qarşı etdikləri dələduzluq faktları ilə bağlı materiallar mətbuata sızdırılıb.

Bu barədə 700 min səhifəlik sənəd Beynəlxalq Tədqiqatçı Jurnalistika Konsorsiumu (IJIJ) tərəfindən BBC və digər beynəlxalq media qurumlarına ötürülüb.

Anqolanın keçmiş prezidenti Jose Eduardo dos Santosun Azərbaycanda doğulan qızı İzabella dos Santos və əri Sindika Dokolo külli miqdarda korrupsiyada ittiham edilirlər.

İttihama görə, cütlük Jose Eduardo dos Santosun dövlət başçısı olduğu dönəmdə sahib olduğu nüfuzdan yararlanaraq, neft, almaz və digər sahələrdə “şübhəli sövdəşmələr və investisiyalar”la bağlı şübhəli bilinirlər.

Sənədlərə görə, İzabella dos Santos Dubayda fəaliyyət göstərən bir şirkətə 58 milyon dollar ödəyib. Onun əri Anqolanın almaz şirkəti “Sodiam” ilə birtərəfli müqavilə imzalayıb. Şirkətin maliyyə xərcləri dövlət tərəfindən ödənilib. Bu şirkətdən dövlətə bir dollar belə xeyir gəlmədiyi, əksinə, 200 milyon dollar ziyan vurulduğu bildirilir.

Onların “Galp” enerji şirkətindəki səhmlərinin dəyəri 830 milyon dollar civarındadır.

İzabella dos Santos “Unitel International Holdings” şirkətində bir milyard dollar pay sahibidir.

Bundan başqa, dəniz sahilində tikinti layihəsinin icrası zamanı paytaxtdan 50 km məsafədə yaşayış sahələrindən çox sayda ailə ucqar əraziyə köçmək məcburiyyətində qalıb. Digər layihə üçün isə 500 ailə evlərindən çıxarılıb və indi kanalizasiyalar olan ərazidə yaşayırlar.

İzabella Dos Santosun hazırda Londonda yaşadığı bildilirir.

Onun barəsində cinayət işi açılıb. Lakin o, ittihamları qəbul etməyib. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI