PARADOKS

AKTUAL

Kirayə evlər layihəsi ilk gündən insanları məmnun etmədi

22-01-2020, 15:32
  •     
  • Ölkə |
  •  Oxunma: 34

Kirayə evlər layihəsi ilk gündən insanları məmnun etmədi
Kirayə evlərin qiymətləri açıqlanan gün insanblar sözün xoş olmayan mənasında heyrətləndilər. Qiymətlər dodaquçuqladan qaydada hesablanıb. Hər ailə üçün əlçatan deyil. Bu gün isə kirayə evlərin alıq – satqısı ilə məşğul olan saytda sistem çökdü.

Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasovun fikrinə görə evlərin sayı məhduddur və onu istənilən şəxs əldə edə bilməyəcək.

Ramil Abbasov Ramil Abbasov

“ Bildiyimiz kimi bu gündən etibarən kirayə evlərə müracət başlayıb. Amma yüklənmə çox olduğu üçün hələki İpoteka Krediti və Zəmanət fondunun saytı tam işləmir. Bu cür yüklənmə nəticəsində saytda gecikmə olması normal haldır. Lakin bu gecikmənin qarşısını almaq üçün müəyyən kriteriyalara uyğun vətəndaşları bölüb hissə-hissə qeydiyyatdan keçirmək olar. Çünki istənilən halda evlərin sayı məhduddur və müraciətdən asılı olmayaraq hamı əldə edə bilmiyəcək. Növbəti mərhələlərdə bu problem olacaq. Ancaq satışa ev çıxdığı halda müraciət etmək mümkün olur. Düşünürəm ki, adi halda da kirayə evləri müəyyən kriteriyalar qəbul edib ona uyğun vətəndaşları növbəyə alaraq evlərin satışını həyata keçirmək olar. Misal üçün,

1. Regionlara bölərək, yəni vətəndaşın qeydiyyatda olduğu şəhər/rayon üzrə.

2. Hal-hazırda evi olmayanlara öncəlik vermək.

3. Yaşa görə.

4. Ailə vəziyyəti, uşaq sayına görə.

5. Və s.

Əslində bu siyahını bir az da uzatmaq olar. Amma istənilən halda kim tez qeydiyyatdan keçdi onun da məsələsinə tez baxılması bu düzgün deyil. Çünki bu gün iş günüdür və hamı da müraciət etmək üçün resurslara malik olmaya bilər”,- deyə o bildirib.

Qeyd edək ki, haqqında danışdığımız bu lahiyələr əhalinin müəyyən kütləsi üçün hesablanıb. Kimə hansı uyğundursa ondan istifadə edə bilər. Yuxarıda göstərilən şərtlər də buna hesablanıb. Misal üçün, elmlər doktoru üçün güzəştli mənzilləri əldə etmək daha əlverişlidir nəinki kirayə evlər.

“1. Güzəştli mənzillərin qiyməti Kirayə evlərin qiymətindən daha ucuzdur.

2. Güzəştli mənzillər vətəndaşlara uzunmüddətli 4% kreditlə 3 ildən 30 ilə, Kirayə evlər isə kreditlə eyil yəni faizsiz standart aylıq ödəniş məbləği təyin edərək 3 ildən 25 ilə qədər müddətə satılır.

3. Güzəştli evlərdən əsasən əhalinin məhdud təbəqəsi istifadə etdiyi halda kirayə evlərə isə istənilən ödəmə qabiliyyəti olan şəxs müraciət edə bilər.

4. Güzəştli evləri əldə etmək üçün ilkin ödəniş 10% olduğu halda, kirayə evlər üçün isə 12 aylıq kirayə haqqının ilk öncədən ödənilməsi nəzərdə tutulur.

5. Güzəştli mənzillərdə ilkin ödəniş məbləğindən asılı olaraq güzəşt verilir, kirayə evlərdə isə bu şərt yoxdur.

6. Güzəştli mənzillərin əldə olunması üçün daha çox sənəd tələb edildiyi halda kirayə evlər üçün bu o qədər də deyil.

İlhamə Rəsulova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI