PARADOKS

AKTUAL

Akademik Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası yenidən oynanılacaq

20-01-2020, 01:37
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 182

31 yanvar saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
dünyaşöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir”​ iki
hissəli musiqili lirik komediyası nümayiş olunacaq. Əsərdə ağlasığmaz sevgi
oyunlarından bəhs edilir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu
verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.
Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın​ ilk
nümayişi 2011-ci ilin oktyabrın 1-də oynanılıb və o vaxtdan indiyə qədər
tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, “Fransızsayağı qarnir”​ iki hissəli musiqili lirik komediyasının
quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar
artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova,
quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil
Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora
Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.
  Azərbaycan Dövlət Akademik Musiqili Teatrı komediya həvəskarı olan hər
kəsi bu tamaşaya baxmağa dəvət edir.​ 
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət"
mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI