PARADOKS

AKTUAL

Putinlə Buşun rəqsi yayıldı-VİDEO

14-01-2020, 19:38
  •     
  • Ölkə |
  •  Oxunma: 25

Putinlə Buşun rəqsi yayıldı-VİDEO Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın sabiq Prezidenti Corc W. Buşun 2008-ci ilə birgə rəqs etdiyi video yayılıb.



“Oxucu” Türkiyə KİV-nə istinadən informasiya verir ki, video V.Putinin hakimiyyətə gəlməsinin 20-ci ildönümü ilə əlaqədar Kreml tərəfindən yayımlanıb.



Putinin hakimiyyətdə olduğu dövrdə reallaşdırdığı görüşlərindən, tətillərindən və şəxsi həyatından foto və videoların yayımlandığı xronologiyada ən çox diqqəti cəlb edən Putinlə ABŞ-ın sabiq Prezidenti Buşun rəqdi olub.



Görüntülər Buşun 6 aprel 2008-ci il tarixində ABş prezidenti kimi Rusiyaya səfəri zamanı lentə alınıb.



Soçidə Buşun şərəfinə verilən şam yeməyi zamanı səhnəyə çıxan rus rəqqasələr “Madam-madam” mahnısına rəqs etdiyi zaman Putinlə Buş da onlara qoşulub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI