PARADOKS

AKTUAL

Bu ilin birinci Ay tutulması olub

11-01-2020, 13:38
  •     
  • Ölkə |
  •  Oxunma: 32

Bu ilin birinci Ay tutulması olub

Bu ilin 1-ci Ay tutulması olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 21:08-də başlayıb və 01:12-də sona çatıb.

Maksimum tutulma saat 23:11-də müşahidə edilib. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Belə ki, Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Milli.Az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI