PARADOKS

AKTUAL

Asiya ölkəsində elm adamları üçün gələcəyin şəhərini tikirlər - Video

10-01-2020, 02:00
  •     
  • Ölkə |
  •  Oxunma: 53

 Asiya ölkəsində elm adamları üçün gələcəyin şəhərini tikirlər - Video “Toyota” Yaponiyada çiynini çox böyük yükün altına verir. Məşhur avtomobil şirkəti gələcəyin şəhərini tikir.

Bizimyol.info xəbər verir ki, Fudzinin yaxınlığında inşa edilən şəhər Woven City adlanacaq. Burada süni intellekt və yeni texnologiya gen-bol test ediləcək.

Woven City Tokioya da uzaq olmayacaq. Arada cəmi 90 km məsafə var. Şəhər 71 hektar ərazini əhatə edəcək. Şəhərin infrastrukturu hidroyanacaq elementləri sayəsində ümumi ekosistemdən təşkil olunacaq. “Toyota”nın layihəsində elm adamları yaşayacaq. Buna görə də Woven City canlı laboratoriya adlandırılır. Elm adamları burada süni intellektin, ağıllı evlərin və robot texnikasının tədqiqatı ilə məşğul olacaqlar.

Tikintiyə gələn il start veriləcək. Yeni şəhərdə təxminən 2 min nəfərin yaşaması planlaşdırılıb. Burada elm adamlarının hətta valideynləri də yaşaya biləcək.

Woven City-də ekologiyanın təmizliyi maksimum qorunacaq. Evlər ağacdan tikiləcək. Piyadalar və avtomobillər üçün yollar ayrı olacaq, kəsişməyəcək.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI