PARADOKS

AKTUAL

Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO

7-01-2020, 04:34
  •     
  • Ölkə |
  •  Oxunma: 52

Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı - FOTO Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb.

Nazlı-qəmzəli sənətçi şəxsi “İnstagram” hesabında kilsədən foto yayımlayıb.

Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:

“Necə yəni, Xumar xristiandır?”, “Xumar, dininizi dəyişmisiz?”, “Xumar, nə üçün kilsəyə getmisiz?”, “Bəlkə yeni klip çəkdirirsiz?”...

Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova “susmaq qızıldır” prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib. \\Oxu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI