PARADOKS

AKTUAL

Trampın mesajındakı 52 rəqəminin sirri: NİYƏ İRANIN MƏHZ 52 OBYEKTİ HƏDƏF SEÇİLİB?

6-01-2020, 06:35
  •     
  • Ölkə |
  •  Oxunma: 47

Trampın mesajındakı 52 rəqəminin sirri: NİYƏ İRANIN MƏHZ 52 OBYEKTİ HƏDƏF SEÇİLİB? ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran Amerika hədəflərinə zərbə endirəcəyi təqdirdə gözləmədiyi sitiuasiya ilə qarşılaşacaq.

Turkustan.info-nun məlumatına görə, ABŞ prezidenti İranın qisas almaq niyyətinə düşəcəyi halda nələr planlaşdırdıqlarını müəyyənləşdirdiyini bəyan edib: “Vaşinqtonun çox sürətli və çox sərt vuracağı 52 “İran obyekti” təyin edilib”.

Yanvarın 4-də twitter hesabında paylaşdığı açıqlamada Tramp vurulacaq obyekt sayının illər əvvəl İranda girov götürülmüş 52 amerikalının sayına uyğun olduğuna işarə edb.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri, general Qassem Soleimani’nin Bağdadda öldürülməsindən sonra İran bu hadisəyə görə, Amerikadan sərt qisas alınacağını bəyan edib. /Sfera.az/


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI