PARADOKS

AKTUAL

Duz sizi necə öldürür? - Duzlu yeyənləri gözləyən TƏHLÜKƏLƏR

5-01-2020, 22:39
  •     
  • Ölkə |
  •  Oxunma: 45

Duz sizi necə öldürür? - Duzlu yeyənləri gözləyən TƏHLÜKƏLƏR Hər gün duz – natriumun sutkalıq dozasının 1 qram belə artıq qəbulu və dozanın aşılması insanın bütün orqan və sistemlərinə zərbə vurur. Duz şəkərdən qat-qat qorxulu qatildir. Publika.az duzun qara magiya kimi zərərləri barədə məlumatı təqdim edir. Duzla bağlı el arasında da maraqlı inanclar var: duz dağıldısa, pis əlamətdir. Yeməyi bilmədən duzlu edibsə, deməli çox sevir. Duz insanı təmizləyir, duz orqanizmdə bir çox funksiyalar üçün vacibdir. Orqanizmdə bir qram da duz qalmasa insan ölə bilər. Duzdan çox istifadə edən insan elə kənardan, xarici görünüşündən sezilir: onun bədəni şişmiş olur, gözlərinin altı torbalanır, kökəlir, ürək, böyrək xəstəliyi olur. Hətta artıq duz mədə xərçənginə də səbəb olur. Mən yeməyə duz səpmirəm, şoraba yemirəm deyirsizsə, bilməlisiz ki, söhbət əlinizlə yeməyi duzlamaqdan getmir. Duz gündəlik, aylıq qəbul etdiyiniz qida məhsullarındadır və yavaş-yavaş toplanır: çörəkdə, kolbasada, ət məhsulunda, konservlərdə, fast fudda, souslarda, un məmulatlarında, yarımfabrikatlarda, pitsada – çox şeylərdə var. Məsələn: kolbasa və pendirli buterbrodda artıq sutkalıq duz miqdarı var. Yeyib evə gəlib, bir də yeməyə duz qatıb qəbul edirsiz. Bir dilim pitsada 50% sutkalıq doza var. Bir çox souslarda 40% duz miqdarıdır. Əgər qablaşdırılmış qida məhsullarının qutusunda qlutamat natrium, nitrit natriy, xlorid natrium sözləri varsa, bilin ki, bu əlavə olunmuş duzdur. Qida məhsullarında duz bakteriyaların qarşısını almaq, müddətini uzatmaq və dadını yaxşılaşdırmaq üçün istifadə olunur. Duz daha çox yeməyə məcbur edir: İndi adi günəbaxan tumlarına da duz qatılır. Duzlu qida yedikdən sonra, insan bir daha o qidanı istəyir, doymur. Duz yağın dadını gizlədir, ona görə toxluq hissi yaranmır. Orqanizmə beyindən doyma siqnalı gəlmir, fast-food qidalarını, kartof frini yedikdən sonra hələ də ac olmağınız bununla bağlıdır. Bu səbəbdən insanın sutkalıq kalorisi artır, o kökəlir, yeməyə pulu çox çıxır, qarın, ayaqlar, bel piylənir, beyin sönür. Duzun zərəri: Böyrəklərdə kristal və daşlar Natriumun artıqlığı sümüklərdən kalsiumu yuyur, sidikdə daha çox oksalat və ya fosfat kalsium yığılır. Onlardan kristallar hasil olunur, kristallar sidik kisəsi və böyrəklərdə çökür və zamanla daşa çevrilir. Bu tip daşlar 80% xəstələrdə rast gəlinir. Son zamanlar uşaqlar və gənclərdə böyrək daşlarının artması hazır duzlu qidaların çoxalması ilə bağlıdır. ƏTRAFLI NAR.AZ Təzyiqi yüksəldir Natrium orqanizmdə mayeni saxlayır, durğunluq yaradır, hüceyrəətrafı ödem artır, damarlar qalınlaşır, qan dövranı artır, arteriyaralara təzyiq düşür. Bu zaman təzyiq yüksəlir və nəticəsi infarkt və ya insult olur. Bəs nə etməli? - Gündəlik norma 2300 mq – bir çay qaşığı miqdarı duzdur. Kardoloqlar təzyiq və ürək xəstələrinə daha az – 1500 mq tövsiyyə edir. Bunu hesablaya bilib, duz qəbulunu tənzimləyə bilirsizsə, lap yaxşı, edə bilmirsizsə, nə yediyinizə diqqət edəcəksiz - Qablaşdırılmış, etiketli qidalarda duz müxtəlif terminlərlə gizlədilərək yazılır. Miqdarına fikir verin. - Hazır qidalar, konserv, kolbasa az alın, ümumiyyətlə yeməyin - Təzə meyvə tərəvəz yeyin, onlarda da təbii duz var - Kaliylə zəngin tərəvəzlər, meyvələr yeyin. Kaliy təzyiqi salır - Duz əvəzinə salat və yeməklərə daha faydalı ədviyyatlar qatmağı təcrübə edin: reyhan, sarıkök, istiot, paprika və s. - Salatlara zeytun yağı, limon suyu, balzamik sirkə əlavə etsəz, duza ehtiyac qalmayacaq - Süfrəyə duz qoymayın ki, əliniz altında olub duzlamayasız - Xörəyə minimum duz qatın, duzsuz alınmasına üzülməyin. / Medicina.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI