PARADOKS

AKTUAL

Güclü qar fırtınası bu ölkəyə doğru gəlir

5-01-2020, 04:35
  •     
  • Ölkə |
  •  Oxunma: 38

Güclü qar fırtınası bu ölkəyə doğru gəlir Kanadanın Atlantik okeanı sahillərində yerləşən əyalətlərərində güclü qar fırtınası gözlənilir.

Axar.az xəbər verir ki, bu haqda Kanadanın milli meteoroloji bürosu xəbərdarlıq edib.

Məlumata əsasən, Yeni Şotlandiya, Nyu Faundlend və Labrador əyalətlərinə güclü qar yağacaq, qarın hündürlüyü 20-40 sm olacaq ki, bu da aylıq yağıntı miqdarının dördə bir hissəsini təşkil edəcək. Küləyin sürətinin 80 km/saata qədər yüksələcəyi bildirilir.

Adəti üzrə belə hava şəraiti bu bölgələrdə elektik xətlərinin zədələnməsinə, yol-nəqliyyat hadisələrinin sayının çoxalmasına, yerli hava limanlarının fəaliyyətinin pozulmasına səbəb olur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI