PARADOKS

AKTUAL

Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib

17-12-2019, 17:34
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 172



    Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib
    Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib    Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib
    Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib
    Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib
    Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib    Azərbaycan Bəstəkarlar İttifaqi İdarə Heyətinin növbəti iclasi keçirilib



Dekabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda çıxış edən İttifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bu ilin son rübündə görülən işlər barədə danışaraq Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən musiqi ictimaiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan tədbirlərin həyata keçirİldiyini Heyətinin üzvlərinin nəzərinə çatdırıb.

Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.

Konsertdə F.Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndələr, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano - Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Konsertdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.

Sentyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı olub.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli Azərbaycan bəstəkarları Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinə və İsmayıl Hacıbəyovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Sentyabrın 27-də Bəstəkarlar İttifaqının “Müasirlərlə dialoq” layihəsi çərçivəsində ölkəmizdə, eləcə də Gürcüstan, Rusiya, İtaliya, Yaponiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrin gənc musiqiçilərinin qatıldığı beynəlxalq müsabiqələrdə Azərbaycanı ləyaqətlə təmsil edən, həmişə Vətənə qələbə ilə qayıdan Vurğun Vəkilovla görüş keçirilib.

Tədbirdə Vurğun Vəkilov Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa edib. Gənc pianoçunun ifaları alqışlarla qarşılanıb.

Sentyabrın 28-də Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Amerikanın Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Tədbirin açılışında “Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyət”inin sədri, Amerikada yaşayan pianoçumuz, əməkdar artist Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, İ. Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib. Konser proqramı çərçivəsində Jeffrey Werbockun Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.

Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Ü. Hacıbəyli “Cəngi”, F. Əlizadə “Sonata”, İ. İsrafilova “The world of Nasimi” əsərləri səslənib. Amerikada premyerası baş tutan bəstəkar İlahə İsrafilovanın “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən fasiləsiz alqışlanıb.

Oktyabrın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın anadan olmasının 50, yaradıcılığının 30 illiyi münasibətilə tədbir keçirilib.

Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, professor Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin musiqişünas-alimin “Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri” adlı kitabı da təqdim olunub.

Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib.

Oktyabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında istedadlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dosenti Seyran Qafarovun anadan olmasının 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir çərçivəsində Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova və musiqişünas Nərgiz Qulamovanın tərtibçiliyi ilə işıq üzü görən kitabın da təqdimatı olub.

Oktyabrın 25-dən 28-dək Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festival keçirilib. Festival çərçivəsində müxtəlif janrlar üzrə çoxsaylı konsertlər və konfranslar təşkil edilib.



Oktyabrın 28-də Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalıın

Heydər Əliyev Sarayında təşkil olunan bağlanış mərasiminə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – F.Kərimov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər – G.İmanova) və Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor Ş.Ələkbərova) iştirak etdiyi konsert proqramı ilə yekun vurulub.

Gecədə tanınmış bəstəkarlar Oqtay Rəcəbovun “Zəfər himni” Kantatası, Sərdar Fərəcov “Sonsuzluq karvanı” – Oratoriyası, Ceyhun Allahverdiyevin “Əbədi sevgimsən” Kantatası, Tural Məmmədlinin “Təbrizim” – Kantatası, Pikə Axundovanın “Məhsəti” operasından Məhsəti və Əmir Əhmədin dueti, Firəngiz Əlizadə “Nəsimi İlahiləri” və Qara Qarayev “Zamanın bayraqdarı” - Kantatası səslənib.

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti - X qurultayı keçirilib.

Qurultayda ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadənin hesabatı dinlənilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bəstəkarlıq məktəbinin inkişafından, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb.

Nazir qeyd edib ki, Ağa Xan Fondu (“Aga Khan Foundation”) bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan Music Award”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatının azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESKO-nun “Sülh artisti” (“Artist for Peace”) adına layiq görülmüş Firəngiz Əlizadə olması hamımızı sevindirib.

Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib.

Nəzarət-təftiş komissiyasının üzvü Elnarə Dadaşovanın məruzəsi dinlənilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə növbəti müddətə İttifaqın sədri seçiblər.

Oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin iclası keçirilib. İclasda İdarə heyətinin üzvləri tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov və tanınmış musiqişünas, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər. İclas iştirakçıları həmçinin tanınmış musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanı Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi vəsifəsinə seçilməsinə yekdilliklə səs veriblər.

Noyabrın 22-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış publisist Səadət Qarabağlının dahi bəstəkar Üzeyir Hacıbəylinin vəfatının 71-ci ildönümünə həsr etdiyi “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitabının təqdimatı olub.

Noyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Milli Kitabxananın birgə təşkilatçılıği ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb.

Dekabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüş yoldaşları ilə görüş olub. Görüşdə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illik yubileyinə həsr edilən Musiqi Festivalının açılışında Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncənət xadimi Cəlal Abbasova və əsərin ərsəyə gəlməsində rəhberlik etdiyi uşaq Xoru ilə yaxından iştirak edən Milli Konservatoriyanın Dirijorluq və Bəstəkarlıq kafedrasının müdiri Leyla Zaliyevaya da Azərbaycan Dağ Yəhudiləri Dini İcmasını Fəxri Fərmanı təqdim edilib.

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan Bəstəkarlıq İttifaqı” mövzusunda konfrans keçirilib.

Dekabrın 11-də 2019-cu il tarixdə, saat 15.00-da, Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə 12 cilddən ibarət “Azərbaycanın Qeyri Maddi Mədəniyyət Abidələri və Ərtoğrol Cavid” kitablarının və “Sözləri Hüseyn Cavidindir”- Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olub.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının 2020-ci ilin I yarımili üçün nəzərdə tutulmuş tədbirlər planının müzakirə edilib və qəbul olunub.

İdarə Heyətinin iclasında həmçinin Azərbaycan Bəstəkarlar İttifaqına 4 yeni üzv qəbul olunub. Belə ki, İdarə Heyətinin üzvləri yekdilliklə gənc bəstəkarlar Azər Əsgərov (Hacıəsgərli), Kamran Nəsirov, həmçinin gənc musiqişünaslar Nərgiz Qulamova və Aysel Kərimovanın (Kərim) Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilmələrinə səs veriblər.



İltifat HACIXANOĞLU

Azərbaycan Bəstəkarlar İttifaqının

mətbuat xidmətiinin rəhbəri


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI