PARADOKS

AKTUAL

Ofisiantın da saxtası varmış: Toy sahiblərindən pul qoparır

6-12-2019, 03:46
  •     
  • Ölkə |
  •  Oxunma: 46

Ofisiantın da saxtası varmış: Toy sahiblərindən pul qoparır
İndi çox şeyin saxtasına rast gəlmək mümkündür. Sən demə, ofisiantın da saxtası varmış.

Bizimyol.info xəbər verir ki, Türkiyədə saxta ofisiant peyda olub. Kamera görüntüləri belə deməyə əsas verir.

İstanbulda toy mərasimləri zamanı ortada ofisiant geyimində gəzən adamı sonradan heç kim tanımadığını bildirib.

Görüntülərdən məlum olur ki, həmin adam toy sahiblərindən çoxlu pul qoparır. Kamera görüntüsü yayılan toylardan birində saxta ofisiant gəlinin atasından 250 lirə (təxminən 75 manat) alır. Ata həmin epizodda heç nədən şübhələnmədiyini bildirib. Görüntülər sosial şəbəkələrdə yayılandan sonra saxta ofisiantın çox toy sahibinə zərər vurduğu məlum olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI