PARADOKS

AKTUAL

Gündə 9 saat yatacaq adama 2400 manat maaş təklif olunur

6-12-2019, 03:41
  •     
  • Ölkə |
  •  Oxunma: 49

Gündə 9 saat yatacaq adama 2400 manat maaş təklif olunur
Hindistanda şirkətlərdən biri, bəlkə də, ən rahat işi təklif edir.

Təxminən 2400 manat (100 min rupi) maaş veriləcək işdə yeganə tələb gündə 9 saat yatmaqdır.

Bizimyol.info xəbər verir ki, “Wakefit” şirkəti maraqlı təklif irəli sürüb. İş elanında tələb kimi yalnız 9 saat yatmaq bacarığı göstərilib.

Təbii ki, Hindistan kimi yoxsulluğun yüksək olduğu ölkədə elana reaksiya verən çoxdur. Amma hər kəsi işə götürmək olmaz. İşçi kimi qəbul olunan adam rahat yatmağı bacarmalıdır. 15-20 dəqiqə ərzində yuxuya getməli, rahat yuxu müddəti keçirməlidir.

Şirkətin qurucusu və rəhbəri Çaitanya Ramalinqeqovda niyə belə təklif irəli sürdüklərini izah edir. Məqsəd ideal yuxunu araşdırmaqdır. Bir müddət sonra araşdırmanın nəticələri açıqlanacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI