PARADOKS

AKTUAL

Serbiya prezidenti Putinlə rusca danışdı

5-12-2019, 00:22
  •     
  • Ölkə |
  •  Oxunma: 44

 Serbiya prezidenti Putinlə rusca danışdı Serbiya prezidenti Aleksandr Vuçiç Soçidə keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin ilə rusca danışıb.

Bizimyol.info xəbər verir ki, bu görüşdən görüntüləri "Rossiya24" yayımlayıb.

Belə ki, Vuçiç Putinə, onun Serbiyaya verdiyi dəstəyə və ərazi bütünlüyünü qorumaqda kömək etdiyinə görə minnətdarlığını bildirib.

Prezidentin sözlərinə görə, tərəflər qaz borusunun çəkilməsi üçün çox zəhmət çəkib: "Bu böyük yatırımdır. Ölkəmizin inkişafı üçün böyük şansdır".

Qeyd edək ki, bu ilin yanvar ayında Putin və Vuçiç Belqradda görüşüblər. Burada Putin Vuçiçi öz "Aurus" avtomobilində gəzdirib. Qeyd olunan görüş çərçivəsində 20-dən çox sənəd imzalanıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI