PARADOKS

AKTUAL

Qvardiola klubunu “Bavariya” ilə səhv saldı

5-12-2019, 00:21
  •     
  • Ölkə |
  •  Oxunma: 43

Qvardiola klubunu “Bavariya” ilə səhv saldı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın mətbuat konfransında çıxışı zamanı klubunu “Bavariya” ilə səhv salması gülüş doğurub.

Life.ru xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 15-ci turunda “Mançester Siti”nin “Bernli” ilə qarşılaşmasından sonra baş məşqçinin jurnalistlərlə söhbəti zamanı yaşanıb.

“Rodri uyğunlaşır və o bu liqa üçün idealdır. Mən düşünürəm ki, Münhen “Bavariyası”... Hansı “Bavariya” axı? (bu an başına vurur) “Mançester Siti” alıb! Münhen “Bavariyası” haradan çıxdı? Mən nə fikirləşirəm?” - Qvardiola bildirib.

Qvardiolanın bu sözləri zaldakıların gülüşünə səbəb olub.

Xatırladaq ki, Pep Qvardiola 2013-cü ildən 2016-cı ilə qədər “Bavariya”nı çalışdırıb. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI