PARADOKS

AKTUAL

Asiya ölkəsində təlimat: "Uzunsaqqallılardan uzaq dayanın"

5-12-2019, 00:17
  •     
  • Ölkə |
  •  Oxunma: 38

Asiya ölkəsində təlimat: "Uzunsaqqallılardan uzaq dayanın"
Tacikistan Daxili İşlər Nazirliyinin pasport-qeydiyyat xidməti ölkə vətəndaşlarının xaricdə özünü necə aparmalı olması ilə bağlı təlimat yayıb.

Burada uzunsaqqallıların toplaşdığı yerlərdən uzaq dayanması barədə bənd yer alıb.

Bizimyol.info xəbər verir ki, Tacikistan Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına dini ekstemizmdən qaçmağı məsləhət görür. Bununla bağlı təlimatda milli sayıqlığı itirməmək tövsiyə olunur. Konkret olaraq uzunsaqqallılardan uzaq dayanmaq məsələsi təlimatda yer alıb.

Tacikistan hökuməti ölkədə dini cərəyanların dayaqlarının güclənməsindən çox çəkinir. Xaricdə yaşayan taciklərə bununla bağlı xüsusi xəbərdarlıq olunub. Təlimatda yazılıb ki, ölkədən kənarda olan taciklər buradakı yaxınlarını unutmamalıdır.

Noyabrın əvvəllərində silahlanmış terrorçu qrup Tacikstanla Özbəkistanın sərhəd xəttində yerləşən məntəqəyə hücum etmişdi. Atışma zamanı 15 terrorçu öldürülmüşdü.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI