PARADOKS

AKTUAL

Milli Məclis Oqtay Əsədovla bağlı yayılan məlumatlara dair açıqlama yayıb

5-12-2019, 00:16
  •     
  • Ölkə |
  •  Oxunma: 43

Milli Məclis Oqtay Əsədovla bağlı yayılan məlumatlara dair açıqlama yayıb
Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Milli Məclisin sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Milli Məclis Milli Məclis

Qeyd olunub ki, həmin məlumatda guya parlament sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC-nin son doqquz il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə etdiyi, bu satınalmaların əksəriyyətinin Səhiyyə Nazirliyindən olduğu yazılıb.

Parlamentin mətbuat xidməti qəti şəkildə bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var.

“Milli Məclis sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur”, - deyə əlavə olunub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI