PARADOKS

AKTUAL

Berlində İnternetin gələcəyi müzakirə olunur – Azərbaycanlı Doktorant BMT-nin tədbirində – AÇIQLAMA

1-12-2019, 23:37
  •     
  • Ölkə |
  •  Oxunma: 26

Berlində İnternetin gələcəyi müzakirə olunur – Azərbaycanlı Doktorant BMT-nin tədbirində – AÇIQLAMA 25-29 Noyabr 2019 tarixləri aralığında BMT-nın dəstəyi ilə Berlində Qlobal İnternet İdarəçiliyi Forumu keçirilir.

Tədbirdə iştirak edən həmyerlimiz, Almaniyanın Tübingen Universitetinin Hüquq Fakültəsinin araşdırmaçı-doktorantı Təbriz Raufoğlu Sia-ya açıqlamasında bildirib ki, forum hökumət, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə iştirakı ilə baş tutur. O, əlavə edib ki, Dünyanın tanınmış texno-korparasiyalarından, elm mərkəzlərindən qatılımın olduğu Forumda internet idarəçiliyi sahəsində mövcud vəziyyət, bu sahədə qlobal konsensus, internetlə bağlı yurisdiksiya məsələləri, kibertəhlükəsizlik, şəxsi informasiyanın qorunması və toxunulmazlığı, süni intellektin gətirdiyi yeniliklər və risklər ayrı-ayrı panellər vasitəsi ilə müzakirəyə çıxarılır, konkret təkliflərin hazırlanması üçün dəyirmi masalar təşkil edilir. Forum çərçivəsində gənc həmyerlimiz panel müzakirələrində iştirak edərək internetin meydana gətirdiyi yurisdiksiya problemlərinə, bu sahədə mövcud olan hüquqi boşluqlara toxunmuş, beynəlxalq hüququn təsirsiz vəziyyətdə qaldığı indiki durumun dəyişdirilməsi gərəkdiyini diqqətə çatdırmışdır. Təbriz Raufoğlu çıxışında, həmçinin, İnternet İdarəçiliyi Forumu təşəbbüsündə gənclərin və elmi ictimaiyyətin iştirakının vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Forum bu gün işinə yekun vurur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI