PARADOKS

AKTUAL

“Həmin an beynimlə dilim arasındakı rabitə itmişdi” – Cümşüd Nuriyev qadınlardan belə ÜZR İSTƏDİ

28-11-2019, 23:25
  •     
  • Ölkə |
  •  Oxunma: 28

“Həmin an beynimlə dilim arasındakı rabitə itmişdi” – Cümşüd Nuriyev qadınlardan belə ÜZR İSTƏDİ “O sözü yerində işlətməmişəm, o şəkildə işlətməməli idi. Bunu qəbul edirəm. Seçim uğursuzdur. Siyasətçilər gərək emossional halda danaşmasınlar. Bu halda səhvə yol verirlər. Həmin an beynimlə dilim arasındakı rabitə itmişdi, həmin kadrlar mənim yadıma o zamanları saldı. Seçim uğursuzdur, cümlə quruluşu uğrusuzdur. Buna görə üzr istədim”.

Bunu AzTV-nin efirində “Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, Xanım Xlilovanın qadın batalyonunda idi” sözləri ilə ictimai qınağa tuş gələn sabiq deputat Cüşüd Nuriyev deyib. O, Müsavat TV-nin efirindəkı çıxışında “Üzr istəyəcəksizmi?” sualına cavabında “O sözlərin Qarabağda döyüşən qadınlara dəxli olmadığına görə, vuruşan, didərgin düşən, əziyyət görən bütün qadınlardan üzr istəyirəm”,-deyə bildirib. (cebhe.info)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI