PARADOKS

AKTUAL

Rusiya Qarabağla bağlı “jurnalist mübadiləsini” alqışladı: "Səfərləri davam etdirmək lazımdır"

28-11-2019, 23:22
  •     
  • Ölkə |
  •  Oxunma: 28

Rusiya Qarabağla bağlı “jurnalist mübadiləsini” alqışladı: "Səfərləri davam etdirmək lazımdır" Rusiya Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib.


APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu ilin aprel ayında Rusiya XİN başçısı Sergey Lavrovun təşəbbüsü ilə baş tutmuş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə bir sıra humanitar tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb.


“Bunların arasında kütləvi informasiya vasitələri nümayəndələrinin qarşılıqlı səfərləri də vardı. Bu səfər 17-21 noyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisinin birbaşa koordinasiyası ilə baş tutdu. Səfərdə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdan olan jurnalistlər iştirak etdilər. Biz bu birgə tədbirə tərəflərin ermənilərlə azərbaycanlılar arasında təmasın qurulmasına yardımçı olmaq niyyətində olmaları kimi baxırıq. Hesab edirik ki, əhalini sülhə hazırlamağa istiqamətlənən bu cür humanitar aksiyaları davam etdirmək lazımdır. Sözsüz ki, biz bunu dəstəkləyəcəyik. Öz tərəfimizdən bir daha qeyd etmək istəyirəm ki, biz tərəflərə lazımi vasitəçilik yardımımızı davam etdirəcəyik”, – deyə Rusiya XİN nümayəndəsi qeyd edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI