PARADOKS

AKTUAL

Pərviz Bülbülə Türkan barədə nələr demədi: "Yetim-yesir..." - VİDEO

28-11-2019, 23:19
  •     
  • Ölkə |
  •  Oxunma: 24

Pərviz Bülbülə Türkan barədə nələr demədi: "Yetim-yesir..." - VİDEO Meyxanaçı Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadədən ayrılmasından danışıb.

Lent.az -ın məlumatına görə, o, “Ən yaxşısı” verilişində bildirib ki, Türkanla ayrılması səbəbsiz deyil:

“Kiməsə dəstək olmaq üçün mən duet ortağı axtarmazdım, yetim-yesir götürüb dəstək olardım. Öz sənətində rəqabət aparmalısan. Pul məsələləri işdə ən önəmli olan məsələdir. Türkan xanımla bağlı danışanda onu demişdim ki, mənim heç kimə borcum yoxdur, qapısını döyüm, deyim, gəl mənimlə toya gedək, pulunu da qoy cibinə. Niyə? Elə bir anlam var? Mən kiməsə dəstək olmaq üçün yola çıxmamışam. Sadəcə, layihə planlaşdırmışam, köməyə çağırmışam, dəstək olmuşam. O, mənə, mən ona kömək olmuşam. Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirirəm. Mən deyən adam, öncə güzgüyə baxsın. Məni də Pərviz edən adam var. Türkan qeyri-adi şey demir. Gərək o qədər pis hərəkət edim ki, o, xanımlığı ilə mənimlə duet oxumaq istəməsin. Mən o şəraiti yaratmaram. Damla ilə də duet oxumuşam, harda məni görür, "salam", "sağ ol" edir.

Türkan nə deyəcək ki? Bizim aramızda sənət var, sənəd yoxdur. Türkan səhv elədi, dedi ki, mənə çörək verib. İnsan insana çörək verməz. Ayrılığa səbəb onun toya gəlməməsi deyil. Bir çox şeylər oldu, bitdi. Lampanı mən düzəltmişəm, o lampa mənim gözümə düşəndə xoşlamıram”.

Qeyd edək ki, Türkan Pərvizdən ayrılması xəbərinə bu cür münasibət bildirmişdi:

"Pərviz sənət adamıdır, bilir ki, özü də dəfələrlə yaxın dostlarının məclisinə çata bilməyib. Biz xalqın toylarını, məclislərini oxuyuruq. Pərvizin Azərbaycanda və kənarda olan dostlarının toyunu bir manatsız oxumuşam. Yenə də buna hazıram.

Həmin dostunun rayondakı toyunu gedib başdan-ayağa təmənnasız oxumuşam. Bu dəfə uşağının məclisi idi. Toy varsa, bir gün əvvəl deyilməlidir. Mən də başqa bir toydayam. Necə mikrofonu yerə qoyum və gedim dəvətə? Bu səbəb deyil.

Yenə də Pərvizdən incimirəm. Onunla duet oxumamazlıq etmirəm. Pərviz neçə toy dəvəti olub, bizi birlikdə çağırıblar, imtina edib.

Mən başqa bir şey bilmirəm. Pərvizin ayrılıq səbəbini də efirdən eşitdim".


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI