PARADOKS

AKTUAL

Cənnət”də manqal fəaliyyəti olmayacaq

24-11-2019, 03:11
  •     
  • Ölkə |
  •  Oxunma: 43

Cənnət”də manqal fəaliyyəti olmayacaq Bakıda iki şadlıq sarayının manqalının fəaliyyəti dayandırılıb.



ETSN-nin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Nazirliyin mütəxəssisləri ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçiriblər.



KİV nümayəndələrinin iştirakı ilə keçirilən monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyən edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI