PARADOKS

AKTUAL

Arıqlaya bilməyən polislər işdən çıxarılacaq ƏMR

24-11-2019, 03:02
  •     
  • Ölkə |
  •  Oxunma: 41

Arıqlaya bilməyən polislər işdən çıxarılacaq ƏMR "Şifahi əmrə uyğun olaraq, bütün polis bölmələrinin işçilərinə xəbərdarlıq edilib ki, dekabrın 25-dək arıqlaya bilməyən hər kəs, rütbəsinə baxmayaraq işdən azad olunması ilə bağlı ərizə yazmağa məcbur ediləcək".



Pravda.az-ın məlumatına görə, Türkmənistan daxili işlər nazirliyinin əməkdaşları hazırda attestatiyadan keçirlər və qarşıya qoyulan tələblərdən biri əməkdaşların çəkisinin azaldılması ilə bağlıdır.



Hüquq mühafizə əməkdaşlarından tələb olunan odur ki, çəkiləri 100 kiloqramı keçməsin.



Polis əməkdaşları bildiriblər ki, tələblər sərt şəkildə irəli sürülüb: "Xüsusilə, Daxili İşlər Nazirliyinin hazırkı rəhbərinin "yağlı polisləri sevmədiyini" izah edərək polisə çəkini tənzimləmək üçün bir ay vaxt verilib.



Türkmənistanın Marı şəhərindən gələn xəbərlərdə hazırda yerli polislərin arıqlamaq tələbləri ilə fiziki təlimlərə başladıqları bildirilir: "Hər gün Marıdakı Aşqabad küçəsindəki stadionda arıqlamaq tələbi ilə polislərin qaçdığını görmək olar. Bundan başqa polislər futbol və "İlham" sarayındakı idman zalında voleybol oynayırlar". AzadlıqRadiosu


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI