PARADOKS

AKTUAL

Azərbaycanın adı terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında

21-11-2019, 04:28
  •     
  • Ölkə |
  •  Oxunma: 30

Azərbaycanın adı terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında
Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb.

Bu barədə Böyük Britaniyanın İqtisadiyyat və Sülh İnstitutunun “Global Terrorism Index 2019” reytinqində deyilir.

Azərbaycan bu reytinqdə 103-cü yerdə qərarlaşıb.

Terrorçuluq səviyyəsinə görə ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriya hesab olunub.

Reytinqdə qeyd olunub ki, terrorçuluq nəticəsində ölüm halları dörd il ardıcıl azalmaqdadır.

2018-ci ildə 103 ölkədə azı 1 terror aktı törədilib, 71 ölkədə isə ölüm qeydə alınıb.

Terrorçuluq səviyyəsinə görə ən təhlükəsiz ölkələr arasında Belarus, Rumıniya, Xorvatiya Kuba kimi ölkələr yer alıb. (Trend.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI