PARADOKS

AKTUAL

Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni provokasiyasının qarşısını alıblar

21-11-2019, 04:26
  •     
  • Ölkə |
  •  Oxunma: 29

Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni provokasiyasının qarşısını alıblar
Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb.

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib. O bildirib ki, Ermənistandan olan bir deputat çıxışında “Arsax”da “demokratik seçki keçirildiyini” elan edib.

“Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim. Bildirdim ki, heç bir “Arsax” yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir”, - deyə A.Mirzəzadə bildirib.

Deputat eyni zamanda qeyd edib ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik və ya hərbi yolla torpaqlarımızı mütləq azad edəcəyik. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI