PARADOKS

AKTUAL

Afrikaya güclü qar yağdı

19-11-2019, 07:28
  •     
  • Ölkə |
  •  Oxunma: 29

Afrikaya güclü qar yağdı
Afrikada qar görmək möcüzədir. Qitənin elə yerləri var ki, insanlar bir ömür hər tərəfin ağa büründüyünü görmürlər.

Bizimyol.info xəbər verir ki, Afrikanın şimalında qar yağıb. Əlcəzairdə və Mərakeşdə qarın qalınlığı 15 santimetrə çatıb. İnsanlar şokdadır, sosial şəbəkələrdə ard-arda fotolar paylaşırlar.

Qar düşən yerlərdə ictimai nəqliyyatın hərəkətində problemlər yaranır. Yerli hökumətlər belə sürprizə hazır deyillər. Elə insanlar da bu cür davranır. Şərhlərdə qarın çoxluğunu faciə adlandırıblar.

Meteoroloqlar pis hava şəraitinin davam edəcəyini bildirirlər. Yəni bu ərazilərdə yenə qar yağması gözlənilir.

Adətən, noyabrda Əlcəzairdə, Mərakeşdə hava xoş keçir. İllərdir temperaturun +3 dərəcədən aşağı düşdüyü müşahidə olunmur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI