PARADOKS

AKTUAL

Əhaliyə ŞAD XƏBƏR: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində

15-11-2019, 08:53
  •     
  • Ölkə |
  •  Oxunma: 32

Əhaliyə ŞAD XƏBƏR: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində “İstilik Enerjisinin İstifadə Qaydaları” haqqında sənəd Nazirlər Kabinetinə təqdim edilib və orada baxılaraq, rəy və təkliflərin verilməsi üçün aidiyyəti qurumlara göndərilib.
Muxalifet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, qaydalar ilkin razılaşdırma mərhələsindən keçib:
“Hazırlanan qaydalar qurumlarla sonuncu razılaşdırma mərhələsindədir. Bu sənəd İqtisadiyyat, Maliyyə, Ədliyyə Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azəristiliktəchizat” ASC-nin rəhərlikləri imzalayandan sonra Nazirlər Kabinetinə təqdim ediləcək”.
İ.Mirzəliyeva qeyd edib ki, “İstilik Enerjisinin İstifadə Qaydaları” vacib və mükəmməl sənəddir:
“Bütün münasibətlər bu qaydalarla tənzimlənəcək. Burada temperaturun rejimi, pis istilik verilsə, onun haqqı necə ödənilməli, texniki şərtin alınması, istiliyin dəyəri, şikayətlərin bildirilməsi və sair məsələlər o qaydalarda tam olaraq öz əksini tapacaq”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI