PARADOKS

AKTUAL

Müsavat" rəhbərliyinin rəzilliyi ortaya çıxdı, xaricdəki üzvləri tutuldu - Alver müxalifətçiliyi

15-11-2019, 08:40
  •     
  • Ölkə |
  •  Oxunma: 31

Müsavat" rəhbərliyinin rəzilliyi ortaya çıxdı, xaricdəki üzvləri tutuldu - Alver müxalifətçiliyi Neçə illərdir ki, "siyasi mühacir", "mühacir biznesi" adları altında müxalifət düşərgəsində tozanaq səngimək bilmir. Və 20 ildən çoxdur ki, xüsusilə, AXCP və Müsavat partiyalarının dələduz rəhbərlikləri bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları haqda yalanına imza atır, bunun müqabilində "siyasi mühacir" bizneslərini, necə deyərlər, inkişaf etdirirlər.

Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib. Saxlanılanların içərisində Müsavat Partiyasının Avropa qolu olan Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu Abdin Cavadov və Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov da var.

Mühacir alverinə görə Almaniya polisi tərəfindən saxlanılan "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin və digərlərinin hazırladığı saxta sənədlərin fotoları da yayılıb.

2016-cı ildə hazırlanan "sənəddə” iddia olunur ki, arayışın verildiyi şəxs polis tərəfindən təqib olunur və buna görə də o verdiyi məlumatların gizli saxlanılmasını xahiş edib. Onun Bakı Metropoliteinində korrupsiya faktları ilə bağlı təzyiqlərə qaldığı da bu "sənəddə” öz əksini tapıb.
"Arayış” həm Azərbaycan, həm də alman dilində hazırlanıb.
Alman polisinin başladığı araşdırmalardan sonra bu kimi saxta arayışlar nəticəsində xeyli "mühacir”in üzə çıxacağı gözlənilir. Hətta onların mühacir statusunun ləğv olunması, Azərbaycana deportasiya ediləcəyini də ehtimal etmək olar.

Və yaxud hər cinayətin altından AXCP-Müsavat çıxır

Bununla da Avropada baş verən hadisələrin törədiciləri ya Əli Kərimlinin, ya da Arif Hacılının "yastığı altından" çıxanlar olur. Əslində, dəfələrlə sübuta yetirilib ki, Avropaya bu kimi saxta adlar altında köçənlərin əksəriyyəti müxtəlif cinayət əməlləri törədən şəxslərdirlər ki, onlar köçdükləri ölkələrdə də bu fəaliyyətlərini davam etdirərək, bənzər cinayətlərini təkrarlayırlar.

Əvvəlcə "siyasi məhbus" olurlar, sonra isə Avropada cinayətkara çevrilirlər

İstər Ə.Kərimli, istər A.Hacılı və yaxud da İsa Qəmbər kimlərin törətdikləri cəinaytkarların verdikləri saxta mühacir sənədlərin sahibləri də cinayətkar olacaq. Məhz buna görə də, bu gün Azərbaycanda müxtəlif cinayətlər törədən şəxslərin dərhal "siyasi məhbus" siyahılarına salınmaları kimi hallar daha ağır fəsadlara yol açır. Belə şəxslər azadlığa çıxdıqdan dərhal sonra bu ad altında xarici ölkələrə köçür, sonradan cinayətkar əməllərin, hətta göründüyü kimi, qətl hadisələrinin, bilavasitə iştirakçılarına çevrilirlər. Görünən isə, budur ki, bu gün baş verən hər hansı hadisələrin hər birinin günahı "siyasi mühacir" adı ilə alver edən AXCP, Müsavat və s. siyasəti bazara çevirən partiya rəhbərlərindədir. Bir gün onlar da baş verənlərə görə, qanun qarşısında cavab verməli olacaqlar.

Müsavatın "siyasi mühacir" alverinin miqyasını ifşa edən "Yeni Müsavat" qəzetinin yazarı olmuş Elbəyi Həsənli öz "Facebook" statusunda bir neçə il öncə qeyd edib ki, A.Hacılının rəhbərliyindəki komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib: "Bəllidir ki, Azərbaycanda nə dövlət, nə də özəl idarələrə belə arayış gərək deyil. Bu arayışların yalnız mühacirət üçün gərəkli olduğu hər kəsə bəllidir. Çox istərdim ki, Müsavat partiyası "6 ayda 483 arayış"la bağlı rəsmi açıqlama versin".

E.Həsənli, bundan başqa öz "Facebook" statusunda belə yazmışdı: "Mənə Müsavat Partiyasına görə oturum versəydilər belə, burada qeyri-adi bir şey olmazdı. Ən azı, mən partiya sıralarına daxil olduqdan 9 il sonra Avropya üz tutmuşam. İndikilər bəzən 9 saat ərzində partiya vəsiqəsi, arayış və İ.Qəmbərlə foto əldə edib Avropaya yollanırlar. Təbii ki, müvafiq ödənişdən sonra".

Göründüyü kimi Avropa ölkələrinə Azərbaycandan saxta arayışla göndərilən bütün mühacir biznesinin arxasında məhz AXCP-Müsavat birliyi dayanır desək heçdə yanılmarıq. Vaxtı ilə 1 illik hakimiyyətləri dövründə ölkəni bərbad günə qoyan bu komanda indidə ölkəmizdə siyasi mühacir biznesi yaradaraq vətəndaşlarımızı yoldan çıxartmaqla, dövlətçiliyimizə məqsədli şəkildə zərbələr vurmaqla məşğuldu. Ancaq artıq zaman yetişib və Avropa öləkələri o cümlədə başda Almaniya dövləti olmaqla saxta siyasi mühacirlərə qarşı ciddi şəkildə mübarizə aparmağa qərar veriblər. Təbii ki, Azərbaycan hüquq mühafizə orqanlarıda bundan sonra ölkə daxilində mühacir biznesi ilə bağlı ciddi araşdırmalara başlayacağını deyə bilərik. Çünki ortada çox ciddi təkzibedilməz faktlar var...


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI