PARADOKS

AKTUAL

Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır

14-11-2019, 17:26
  •     
  • Ölkə |
  •  Oxunma: 33

Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Bizimyol.info yerli mətbuata istinadən xəbər verir ki, keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib.

Ev və obyektlərə edilən basqın zamanı bir neçə nəfər saxlanılıb.

Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparıblar. Bunun üçün miqrantlardan 3-10 min avroyadək pul alınıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə “Müsavat” partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Tutulan şəxslərin siyahısı:

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

2) İlham Həsən - “Müsavat” Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, “Müsavat” Partiyasının üzvü, “Müsavat” AKM sədr müavini;

4) Abdin Cavadov - “Müsavat” AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu;

5) Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri;

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü;

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI