PARADOKS

AKTUAL

Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb - Foto

8-11-2019, 00:36
  •     
  • Ölkə |
  •  Oxunma: 27

 Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb - Foto "Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.Report"un məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI