PARADOKS

AKTUAL

İsveçrəlilərin həyatı barədə maraqlı faktlar – Buraya ölmək üçün gələn turistlər var - Foto

6-11-2019, 17:09
  •     
  • Ölkə |
  •  Oxunma: 24

İsveçrəlilərin həyatı barədə maraqlı faktlar – Buraya ölmək üçün gələn turistlər var - Foto Bu gün Bizimyol.info sizə İsveçrə və orda yaşayan insanların həyat tərzi barədə turizm agentliklərindən və səyahət bukletlərindən öyrənə bilməyəcəyiniz maraqlı faktları təqdim edir. Bu ölkədə balıqlar əziyyət çəkməsin deyə balıq tutmaq üçün xüsusi 9 dərs keçdikdən sonra lisenziya almaq lazımdır.Hətta tilovla balıq tutmağa belə lisenziya tələb olunur.

Bu ölkədə həkimləri həkim səhvi etməkdənb qoruyan qanun mövcuddur. Səhv edən həkimlər cəzalandırılmırlar. İsveçrə vətəndaşı pasportu almaq üçün qonşuyla yaxşı rəftar etmək lazımdır. Belə ki vətəndaşlıq üçün bu ölkədə 10 il yaşamaq lazımdır, son 3 ili isə eyni məkanda yaşamaq şərtdir. Vətəndaşlıq alarkən şəxsin barəsində hər şeylə maraqlanırlar və əgər qonşular ondan narazılıq etsələr, daha 1 il gözləmək lazım gəlir. Doğum yeri olaraq isə son 3 ildə yaşadığı şəhər qeyd edilir. İsveçrədə bütün kişilər 55 yaşa qədər ildə 1 dəfə hərbi çağırışla toplanır .

Bu dövr əslində hərbi təlim deyil, yeyib içib əylənməkdir. Həmin 3 həftəni kişilər məzuniyyət kimi qeyd edir və maaşları ödənilir. Sürix dəmir yolu vağzalınbda qurşadırılan yeni il yolkası artıq 20 ildir Svarovski daşları ilə bəzədəilir və onun qiyməti 500000 avro təşkil edir. Bu ölkədə avtomatlarda qazlı su ilə yanaşı süd də almaq olar. Kənd yerlərinə hər kəs öz məhsulunu kiçik vitrinlərə yığır. Satıcısı olmayan bu vitrinlərdən hər kəs istədiyini alıb, pulu xüsusi karton qutuya atır. Bu ölkədə avtomobillə gəzmək prestij sayılmır. Hər kəs qatarla səyahətə üstünlük verir. Nazirlər,böyük bank, şirkət rəhbərləri ilə sadə insanların eyni vaqonda getməsi adi haldır. Qatarlar əsla gecikmir. İsveçrə evtanaziyaya icazə verilən ikinci Avropa ölkəsidir. Bir çox turistlər buraya məhz evtanaziya üçün gəlirlər. Evtanaziyanın qiyməti 4000 avro təşkil edir. Bu ölkədə ən populyar avtomobil rus “ Niva” sıdır. Nivanın qarşısına xüsusi avadanlıq quraşdıraraq ondan buldozer kimi istifadə edənlər də var.

Bu ölkədə dekret məzuniyyəti 3 aydır. Atalara mütləq şəkildə 20 gün atalıq məzuniyyəti verilir. Ailədə yeni uşaq doğularkən evlərin qarşısına cizgi filmləri qəhrəmanlarının şəkli yapışdırılır və onun altına körpənin adı yazılır. İsveçrədə istənilən yaşda insana ən yaxşı hədiyyə məzar yeri hesab edilir. İsveçrədə prezident 1 il müddətinə seçilir. Son 10 ildə seçilmiş prezidentlərin 5-i qadın, 5-i kişi olub. Bu ölkədə hind filmlərini çox sevirlər. Buna görə Bollivud filmləri gözzəl mənzərələr seçmək üçün məhz İsveçrəyə üz tutur. İsveçrədə hər kəs evində bəslədiyi pişik və itləri bişirib yeyə bilər. Buna qanunla icazə verilir. Lakin onların ətini satmaq və qonşuya vermək qadağandır.

İlhamə Rəsulova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI