PARADOKS

AKTUAL

Millət vəkili: “Novruz Məmmədovun baş nazir olaraq işi arzu olunan kimi alınmadı”

11-10-2019, 20:49
  •     
  • Ölkə |
  •  Oxunma: 29

Millət vəkili: “Novruz Məmmədovun baş nazir olaraq işi arzu olunan kimi alınmadı” Novruz Məmmədovu savadlı, beynəlxalq münasibətləri kifayət qədər yaxşı bilən mütəxəssis kimi tanıyıram və hörmətim var. Amma baş nazir kimi işi arzu olunan kimi alınmadı. Səbəblərini dəqiqliklə bilmədən konkret söz deyə bilmərəm.

Bizimyol.info xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib.

Nəsib Məhəməliyev BY

“Nazirlər kabineti demək olar ki, canlı bir orqanizmdir. Bu canlı orqanizmdə bütün orqanlar saat mexanizmi kimi dəqiq işləməlidir ki, cəmiyyətdə harmoniya təmin olunsun, təbəqələlər arası balans pozulmasın.

Nazirlər kabinetinə başçılıq edən insan isə, iqtisadiyyatı, sosial sferanı, tikintini, kommunal təsərrüfatı, aqrar sektoru, kommunikasiyanı və digər sahələri yaxşı bilməli, eyni zamanda ən əsas məsələ olan, mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyasını təmin etməyi bacarmalıdır. Ona görə ki, bütün nazirliklərin və komitələrin işi bir biri ilə sıx şəkildə bağlıdır.

2000- ci illərin ortalarında Bakı şəhərində aparılan abadlıq, quruculuq işləri cənab Prezidenti qane etmirdi və şəhərdə yenidən qurma işlərinə şəxsən özü rəhbərlik etməyə başladı. Əsas layihələrin icrasını isə Əli müəllimə tapşırdı. Qısa müddət keçəndən sonra bir birinin ardınca artıq şəhərimizin simvollarına çevrilmiş saraylar, ən müasir dünya standartlarına uyğun məktəblər tikildi,çoxsaylı mədəniyyət obyektləri, parklar, abadlaşdırıldı. Bakının tarixi hissəsi restavrasiya olundu və s.

10- ilə yaxın bir müddətdə bir çox layihələrin icrası zamanı, Əli müəllimlə sıx təmasda olduğum üçün, cənab Prezidentin tapşırıqlarını operativ, vaxtından əvvəl,dəqiqlik, yüksək zövq və keyfiyyətlə yerinə yetirməsinin şahidi olmuşam.Bir çox hallarda onun müzakirə olunan istənilən məsələyə müxtəlif rakursdan baxmaq bacarığını müşahidə etmişəm.Məhz bu keyfiyyət hər bir rəhbər vəzifəli şəxs üçün olduqca vacibdir.

Sadalanan bu keyfiyyətlərin hamısı hörmətli yeni Baş nazirimizdə cəmləşmişdir və Nazirlər kabinetinin işini yeni keyfiyyət müstəvisinə çıxaracağına şübhə yoxdur.Respublikamız üçün uğurlu olsun”,- deyə o bildirib.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI