PARADOKS

AKTUAL

Timsahla bir saatlıq mübarizədən sağ ayrılan qadın

10-10-2019, 01:57
  •     
  • Ölkə |
  •  Oxunma: 22

Timsahla bir saatlıq mübarizədən sağ ayrılan qadın
Hindistanın Odişa ştatında daraqlı timsah nahar fasiləsi zamanı qablarını çayda yumağa gəlmiş qadına hücum edib. Bu barədə yerli KİV məlumat yayıb.Hadisə Bitarkanika milli parkının yaxınlığında Baytarani çayında baş verib. Sacani Malik adlı zərərçəkən iddia edir ki, yırtıcı əvvəlcə ona quyruğu ilə zərbə endirib, sonra isə ayağından tutaraq suya salıb. Qadın yırtıcı ilə mübarizəsini belə xatırlayır:

“Mən bir saat ağacdan yapışaraq həyatımı xilas etməyə və köməyə çağırmağa çalışmışam”.

Qadının nahar fasiləsindən qayıtmadığını görən digər işçilər onu axtarmağa çıxıblar və elə bu vaxt qışqırığını eşidiblər. Timsahı görən işçilər onu taxta parçaları ilə suya salıblar. Sacanini isə tibb məntəqəsinə çatdırıblar.

Qeyd edək ki, daraqlı timsah planetin ən iri yırtıcılarından sayılır. Bu növün erkəklərinin uzunluğu yeddi metrə, çəkisi iki tona çatır. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI