PARADOKS

AKTUAL

Rusiya və Türkiyə arasında mühüm saziş

10-10-2019, 01:51
  •     
  • Ölkə |
  •  Oxunma: 48

Rusiya və Türkiyə arasında mühüm saziş
Rusiya ilə Türkiyə milli valyutalarda hesablaşmalar, ödənişlər, həmçinin, banklararası əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi haqqında saziş imzalayıb.Bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Rusiya tərəfindən sazişi Baş nazirin birinci müavini və Maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfdən isə Xəzinə və Maliyyə naziri Berat Albayrak imzalayıb.

Sənədin əsas məqsədi iki ölkə arasında hesablaşma aparılarkən milli valyutalardan (rubl və lirə) istifadə edilməsi, müvafiq maliyyə bazarı infrastrukturunun yaradılmasıdır.

Saziş həm də Rusiya və Türkiyə biznes subyektləri üçün milli valyutaların cəlbediciliyinin artırılması məqsədinə xidmət edir. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI