PARADOKS

AKTUAL

“Nizami” kinoteatrında “Qatar mənzili” və “Vəd Olunmuş Gun” filmlərinin primyerası keçirilib

8-10-2019, 01:55
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 210

2019-cu il Bəhai dini icması üçün əlamətdar ildir. Dünyanın 234 ölkəsində Bəhai dininə mənsub insanlar oktyabrın 29-da dinlərinin banisi Seyyid Əli Məhəmməd Babın 200 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar. Azərbaycanda da bu əlamətdar hadisə ilə bağlı bəhai icmaları tərəfindən silsilə tədbirlərin, o cümlədən filmlərin nümayişi nəzərdə tutulmuşdur. Oktyabrın 5-də yubileylə bağlı “Nizami” kinoteatrında “Qatar mənzili” və “Vəd Olunmuş Gun” filmlərinin primyerası keçirilmişdir. Filmlər Azərbaycan Yaradıcılıq
Fondunun və Azərbaycan Bəhai icmasının birgə layihəsi kimi hazırlanmışdır. Numayişin əvvəlində Azərbaycan Bəhai Dini İcmasının İctimai Əlaqələr ofisinin koordinatoru Abin Əfəndiyev filmlərin hazırlanmasında zəhmətləri olmuş Azərbaycan Yaradıcılıq fondunun kollektivi - Qismət Rüstəmova, ssenari müəllifi Tural Cəfərova, prodüser Fuad Cəfərova, rejissor Pərviz Həsənova, aktyorlar Kamran Yunisə, Hikmət Rəhimova və Hüsniyyə Mürvətovaya, operator Pərvanə Həsənovaya, həmiçinin bu layihəyə mənəvi dəstək olmuş Dini Qrumlarla iş üzrə Dövlət komitəsinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Bakı Multikulturalizm Mərkəzinə və “Nizami” kinoteatrının rəhbərliyinə Azərbaycan Bəhai Dini icması adından minnətdarlığını bildirdi. Sonra filmlər nümayiş etdirilmiş və qonaqlar tərəfindən alqışla qarşılanmışdır.
“Nizami” kinoteatrında “Qatar mənzili” və “Vəd Olunmuş Gun” filmlərinin primyerası keçirilib
“Nizami” kinoteatrında “Qatar mənzili” və “Vəd Olunmuş Gun” filmlərinin primyerası keçirilib“Nizami” kinoteatrında “Qatar mənzili” və “Vəd Olunmuş Gun” filmlərinin primyerası keçirilib
“Nizami” kinoteatrında “Qatar mənzili” və “Vəd Olunmuş Gun” filmlərinin primyerası keçirilib
“Nizami” kinoteatrında “Qatar mənzili” və “Vəd Olunmuş Gun” filmlərinin primyerası keçirilib
Azərbaycan Dini İcmasının İctimai Əlaqələr Ofisi


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI