PARADOKS

AKTUAL

Almaniyadakı azərbaycanlılar kilsələrdən sığınacaq istəyirlər

27-09-2019, 23:00
  •     
  • Ölkə |
  •  Oxunma: 38

Almaniyadakı azərbaycanlılar kilsələrdən sığınacaq istəyirlər

Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya maraqlı bi8r statistika paylaşıb. Məlumata görə, son illərdə 27 Azərbaycan vətəndaşı ölkəsinə deportasiya olunmamaq üçün kilsələrdən sığınacaq istəyib.
Bizimyol.info xəbər verir ki, barələrində deportasiya qərarı çıxarılmış 27 nəfərdən artıq 11 nəfəri (9 nəfəri artıq Azərbaycana, 2 nəfəri Rusiyaya) geri qaytarılıb.Azərbaycanlılar arasında deportasiyanın isteriya ilə qarşılanma halları çoxalıb. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.

Bu 2017-ci ildə Almaniyada hökumətin narazılığına səbəb olub.

“Almaniyanın daxili işlər naziri 2017-ci ilin martında alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirib. Həmin görüşdən sonra kilsələrə münasibət tam dəyişib.2018-ci ildə hüqüq-mühafizə orqanlarına kilsələrə daxil olma və orada qanunsuz yaşayan, sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnun verilməsi sığınacaq istəyənlərin sayını azaldıb”.

Mərkəz bildirir ki, bu yaxınlarda bir protestant pastor Ulrich Gampert bir əfqanıstanlı sığınacaq axtaran şəxsə dəstək verdiyi üçün keşiş haqqında cinayət işi başlanılıb və Sonthofen məhkəməsi qarşısına çıxarılıb:

“Leqat” İnteqrasiya Mərkəzinin məlumatına görə, 2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Bildirilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.

İlhamə Rəsulova


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI