PARADOKS

AKTUAL

Türkiyədə azərbaycanlı qadınların kütləvi şəkildə saxlanılması xəbərinə – RƏSMİ AÇIQLAMA

18-09-2019, 04:43
  •     
  • Ölkə |
  •  Oxunma: 984

Türkiyədə azərbaycanlı qadınların kütləvi şəkildə saxlanılması xəbərinə – RƏSMİ AÇIQLAMA
Türkiyənin İstanbul şəhərinin müxtəlif rayonlarında kompakt məskunlaşmış azərbaycanlılarla bağlı problem yaşanıb. Soydaşlarımızdan bir qrup qadın kütləvi şəkildə müxtəlif vaxtlarda saxlanılaraq polis idarələrinə aparılıb.
Saxlanılanlardan bəziləri isə deportasiya olunub. Mövcud durumla bağlı ötən gün İstanbulun Başakşehir rayonunda aksiya da keçirilib.
Redaksiyamıza olunan çoxsaylı müraciətləri nəzərə alaraq problemin nədən ibarət olmasını araşdırdıq.
Azərbaycanlıların hansı məqsədlə saxlanılması və deportasiya olunması ilə bağlı Xarici İşlər nazirliyinə sorğu göndərdik. Nazirlikdən verilən məlumatda bəzi azərbaycanlıların deportasiyası məlumatı öz təsdiqini tapdı: “Əslində orda söhbət Türkiyə ərazisinə pasportla qanuni daxil olsa da, oturum icazəsi ala bilməyən vətəndaşlardan gedir. Faktiki olaraq qeyri-qanuni çalışan vətəndaşlarla bağlı problem yaşanıb. Bu səbəbdən onlar saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazidə konkret olaraq 6-7 nəfər həmyerlimiz oturum icazəsi olmadığı üçün polis tərəfindən saxlanılıb. Bu da Türkiyə tərəfinin verdiyi qərardır”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI