PARADOKS

AKTUAL

“Hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi barədə növbəti addımlar da atmalıdır” - Qüdrət Həsənquliyev

17-09-2019, 05:05
  •     
  • Ölkə |
  •  Oxunma: 998

“Hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi barədə növbəti addımlar da atmalıdır” - Qüdrət Həsənquliyev

""Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik nəticəsində Ali Məhkəmə sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin vəzifə maaşına uyğunlaşdırılır”.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi. Ə. Hüseynli dedi ki, hakimlərin maddi təminatı daha da yaxşılaşdırılaraq, onlara məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqı, 2 aylıq əməkhaqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur: "Bu qanun layihəsi Prezidentin müvafiq fərmanının icrasından irəli gəlir”.
Deputat Qüdrət Həsənquliyev isə hüquq-mühafizə orqanları əməkdaşlarının əməkhaqlarının artırıldığını, prokurorluq orqanlarının əməkdaşlarının da maaşlarının artırılmasının vacib olduğunu bildirdi: "Son vaxtlar əhalinin müəyyən kateqoriyadan olan hissəsinin maaşlarının və pensiyalarının artırılması barədə Azərbaycan Respublikası prezidentinin sərəncamı əhali arasında çox böyük sevinclə qaşılanır. Siyasi demaqogiya ilə məşğul olan bəzi destruktiv elementlərin bundan sonra "inflyasiya olacaq”, "devalvasiya olacaq” kimi bəyanatlarına, düşünürəm ki, əhəmiyyət verilməməlidir. Onlar dünənə kimi maaşların, pensiyaların az olmasından gileylənirdilər”.
Q.Həsənqulieyv əlavə etdi ki, hökumət bundan sonra digər addımları da atmalıdır: "Hesab edirəm ki, hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi barədə növbəti addımlar da atmalıdır, gələn ilin büdcəsində həm uşaqpullarının verilməsi üçün vəsait nəzərdə tutulmalı, həm də prokurorluq orqanlarının əməkdaşlarının da əmək haqqı artırılmalıdır. Prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı effektiv mübarizənin təmin olunmasında xüsusi rol oynayır. Biz bilirik ki, ədliyyə sisteminə daxil olan dövlət hakimiyyət orqanlarının əməkdaşlarının demək olar ki, hamısının əmək haqqı artırıldı, prokurorluq orqanlarının əməkdaşları istisna olmaq şərtilə. Mən hər zaman demişəm ki, korrupsiyaya qarşı efektli mübarizə aparmaq üçün ilk növbədə dövlət hakimiyyət orqanlarının təmsilçilərinə onların maddi təminatını təmin edəcək qədər əmək haqqı verilməlidir. Yəni proses bununla başlamalıdır. Prezidentin 3 aprel 2019-cu il tarixli fərmanında da qeyd olunur ki, ölkədə hüquqi islahatlar dərinləşdirilməlidir. Hüquqi islahatların dərinləşdirilməsi istiqamətində işlər təkcə əmək haqqının artıılması ilə bitməməlidir. Biz çalışmalıyıq ki, ölkədə hüquqi mədəniyyətin yüksəlməsi üçün maarifçilik işi ilə məşğul olaq”. Q.Həsənquliyev ardınca televiziyaların hüquqi maarifləndirmə işləri ilə bağlı Qərb ölkələrinin təcrübəsindən yararlanmağı zəruri saydı: "Qərb ölkələri hüquqi maarifləndirmə ilə bağlı seriyallar çəkirlər. İnsanlar həm o seriyallara baxıb əylənirlər, həm də hüquqi biliklərə yiyələnirlər”. Deputat dedi ki, bənzər filmləri çəkmək imkanı olmasa da, həmin filmləri dilimizə tərcümə edib yayınlamaq mümkündür.//Musavat.com

Aktual.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI