PARADOKS

AKTUAL

Mənzil alanda aldanmayın- Sahibkarlar sahəni düz hesablamırlar

6-09-2019, 05:13
  •     
  • Ölkə |
  •  Oxunma: 81

Mənzil alanda aldanmayın- Sahibkarlar sahəni düz hesablamırlar
Son illər paytaxtda , eləcə də respublikanın böyük şəhərlərində çoxmərtəbəli binaların sürətlə tikintisinin aparıplması göz önündədir.Şəhərlərimiz elə gözlərimizin önündə dəyişdi, yeni sima qazandı. Bu qədər tikinti işlərinə baxınca düşünmək olardı ki, tezliklə evsiz adam qalmayacaq, bu bolluğun qarşısında mənzillərin qiymətləri də yəqin hər kəs üçün münasib olacaq. Lakin təəssüf ki, belə olmadı. Başqa şəhərləri deməyək, hamının mənzil sahibi olmaq istədiyi, can atdığı Bakıda çoxmərtəbəli binalarda ən ucuz yerlərdə mənzilin bir kvadratmetri 800 manat təşkil edir. Təkrar edirəm, ən ucuz yerdə. Halbuki bu mənzillərin bir kvadratmetrinin tikintisinə ən çoxu 400 manat sərf edilir. Satışa çıxarılanda isə alıcıya yerləşdiyi yerlərə uyğun olaraq 1000-2500, hətta 4000 manat qiymət oxunur.

Adının çəkilməsini istəməyən bir sahibkarın Bizimyol.info-ya bildirdiyinə görə, çoxmərtəbəli binanın inşasına başlamazdan öncə əlindəki bütün sənədlər hazır olsa da torpağın qeydiyyata alınmasına 1 milyon, kommunal xərclərin yəni, qaz, işıq, su- kanalizasiya xətlərinin hər biri üçün bir milyon manat verməli olub. Bu rəsmi rüsum deyil, işin sadəcə rüşvət hissəsidir. Bir çox tikinti şirkətləri vətəndaşları aldatmaq üçün evin sahəsinin ölçülməsində dələduzluğa yol verirlər. Evi alanda sahəsini divarın içindən ölçüb hesablayırlar, satanda divarın çölündən. Fərq hardasa 20 kvadrat metr edir.

Məsələn 210 kvadrat adı ilə alınan ev əslində 180 kvadratmetr olur. Bu o deməkdir ki, vətəndaş sahib olmadığı əraziyə görə 20 faiz çox ödəniş edir. Məsələ bununla bitmir.Tikinti şirkəti vətəndaşdan aldığı artıq vəsaitin vergisindən yayınmaq üçün sənədləşmədə evin sahəsini yanlış göstərir və gələcəkdə mənzil sahibi üçün yeni problemin əsasını qoyur. Çünki çıxarış alanda mənzilin sahəsi sənəddə göstərilənlə üst- üstə düşmür.

Qısası hər mənzildə hər ev sahibindən 10-15 kvadratın pulu artıq alınır və bu qanunsuz yolla edilir. Mütəxəssislərin fikrinə görə bu kimi hallara yol verən sahibkarlara maliyyə sanksiyaları tətbiq edilməlidir. Lakin ölkədə nəzarət üçün yaradılan istənilən qurum yeni rüvşət mənbəyi kimi fəaliyyətə başladığından bu yəqin ki, mənfi halın qarşısının alınmasna yox, o mənzilin hər kvadratmetrinin bir az da bahalaşmasına gətirib çıxaracaq.

Məsələnin həlli köklü yanaşma tələb edir. Nə qədər ki məmur özbaşnalığı dava edir, alın təri , əlinin qabarı ilə yaşayanlar rahat mənzillərə həsrət qalacaq, paytaxtımızın gözəl yerlərindəki çoxmərtəbəli mənzillər də kənardan gələn ərəblərə qismət olacaq.

İlhamə Rəsulova

Bizimyol.info


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI