PARADOKS

AKTUAL

Azərbaycan Respublikasının Kanadadakı səfiri Azərbaycan festivalına niyə qatılmadı? - VİDEO - FOTO

30-08-2019, 14:53
  •     
  • Ölkə, Mədəniyyət |
  •  Oxunma: 214

Azərbaycan Respublikasının Kanadadakı səfiri Azərbaycan festivalına niyə qatılmadı? - VİDEO - FOTO
Azərbaycan Respublikasının Kanadadakı səfiri Azərbaycan festivalına niyə qatılmadı? - VİDEO - FOTO
Azərbaycan Respublikasının Kanadadakı səfiri Azərbaycan festivalına niyə qatılmadı? - VİDEO - FOTO
Azərbaycan Respublikasının Kanadadakı səfiri Azərbaycan festivalına niyə qatılmadı? - VİDEO - FOTO
Azərbaycan Respublikasının Kanadadakı səfiri Azərbaycan festivalına niyə
qatılmadı? - VİDEO - FOTO
Azərbaycanlılar Kanadada Azərbaycan festivalı təşkil ediblər. Festival bir çox
maraqlı məqamlarıyla yaddaqalan olub və tamaşaçılara xoş anlar yaşadıb.
Tədbirlə bağlı təəssüratlarını bölüşən Kanadada səfərdə olan Azərbaycanda çalışan
qocaman pedaqoq Kəmalə Əzimzadə, onu da qeyd edib ki, tədbirdən əvvəl xoş
olmayan məqamlar da olub. O, Azərbaycan Respublikasının Kanadadakı
səfirliyinin Azərbaycan festivalına soyuqqanlı yanaşmağından, biganə olmağından
təəssüf hissi keçirdiyini bildirib:
“Azərbaycan bizim Vətənimizdir. Bizim borcumuz Vətənimizi qorumaq,
dövlətimizə, xalqımıza dayaq durmaq, Ulu Öndərin “Dünya Azərbaycanlıları
birləşsin” devizini yaşatmaq, cənab Prezidentimizi dəstəkləməkdir. Mən 30 ilin
müəllimi kimi şahidi olduqlarımı Azərbaycan mətbuatı vasitəsiylə ictimaiyyətinə
açıqlayıram ki, bu ilin iyul ayında Kanadanın Vankuver şəhərinə gəldim. Burada
yaşayan həmyerlilərimizlə görüşəndə təklif etdim ki, vitse-prezident Mehriban
xanım Əliyevanın doğum günü ərəfəsində Vankuverdə Aərbaycan festivalı təşkil
edək. Vətənimizi sevən, dövlətimizi və prezidentimizi dəstəkləyən azərbaycanlılar
bir araya gələrək, 24 avqust tarixində tədbirin keçirilməsini planlaşdırdılar.”
K.Əzimzadə qeyd edib ki, təşkilatçılar illərlə Türk xalqları festivalında Vətənimizi
təmsil edən Tamilla Severcan və Azərbaycanlı fəal Xədicə İbrahimli təklifi
bəyəndilər və 17 iyul tarixindən etibarən dəfələrlə Azərbaycan Respublikasının
Kanadadakı səfirliyinə yazılı müraciət ediblər:
“Tədbirə bir həftə qalmış cavab aldıq ki, səfir Fuad Əliyev məzuniyyətdədir.
Tədbirimizə dövlətimizi təmsil edəcək rəsmi şəxslərdən heç kim qatılmayacaq və
dəstək üçün Vankuver şəhərindəki təşkilatlara müraciət etməyimizi təklif etdilər.
Təbii ki, səfirliyimizdən belə bir cavabın alınması bizi şoka salmaya bilməzdi.
Həm çox təəccübləndik, həm də çox təəssüf etdik! Axı dövlət başçımız
Azərbaycanı qarış-qarış gəzir, insanlarla daim ünsiyyətdə olur, onların qayğısına
qalır. Hər bir problemə öz problemi kimi doğmalıqla yanaşır. Bəs niyə cənab
Prezidentimizin təyin etdiyi elçilər xalqımıza, onların xarici ölkələrdəki
vəziyyətinə biganə qalırlar, dövlətimizin nüfuzuna pəl vurmağa çalışırlar?”
Qocaman pedaqoq onu da vurğulayıb ki, bütün bu xoşagəlməyən məqamlara
baxmayaraq, Azərbaycan festivalı möhtəşəm şəkildə keçirilib:
“Nəhayət ki, özümüz 24 avqust tarixində saat 18:00-dan 22:00-dək Azərbaycan
festivalını keçirtdik. Festival çərçivəsində hazırlanan milli mətbəximizin təamları

gələn qonaqları valeh etdi. Tamaşaçılar Azərbaycan mahnılarının və rəqslərinin
sədaları aıtında rəqs edib, şənlənirdilər. Tədbirə qatılan yerli Kanadalılara
Azərbaycanı tanıtmaq, Ulu Öndərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”
sözlərini dinlətmək, ayaq üstündə himnimizi oxutmaq çox xoş hadisələrdən biri idi.
Azərbaycanı festivalda müğənnilər Xədicə İbrahimli, Emili Gibski və Adam
Balmorol təmsil edirdilər. Müğənni X.İbrahimli tədbirdə 25 mahnı ifa edərək,
tamaşaçıların marağına səbəb oldu.
Ümid edirəm ki, bu qeydlərimlə az da olsa, səsimi dünya Azərbaycan səfirlikləri
eşidəcək və Vətəni, torpağı, dövlətçiliyi, cənab Prezidentin siyasətini əsl
vətənpərvər qərib Azərbaycanlıların təbliğ etməsinə dəstək olacaqlar.”
Fuad Mədətov


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI