PARADOKS

AKTUAL

Pedofil milyarderin ölüm səbəbi bilindi

19-08-2019, 14:00
  •     
  • Ölkə |
  •  Oxunma: 51

Pedofil milyarderin ölüm səbəbi bilindi
Amerikalı milyarder Ceffri Epşteynin cəsədinin yarılması nəticəsində onun intihar etdiyi məlum olub.Bu barədə “The New York Times” qəzeti tibbi ekspertizaya istinadən xəbər verir.

Məlumata əsasən, maliyyəçi Manhettendəki həbsxana kamerasında canına qəsd edib. Onun kamerasında çarpayı örtüyündən düzəldilmiş kəndir tapıblar.

Bildirilir ki, mühafizəçilər milyarderi bir neçə saat ərzində yoxlamayıblar. Cəsədin yarılması zamanı onun boyun nahiyəsində çoxsaylı sümük sınıqları aşkarlanıb. Milyarderin cəsədi avqustun 10-da səhər saatlarında tapılıb.

Xatırladaq ki, C.Epşteyn iyulun 6-da Nyu-yorkda saxlanılıb. O, kriminal şəbəkənin yaradılmasında ittiham olunub. Bu şəbəkə ona yeniyetmə qızları cinsi istimara məruz qoymağa imkan verirdi. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI