PARADOKS

AKTUAL

Qulaq tutulmasından qorunma üsulları... TƏMİZLYİ NECƏ EDİLMƏLİDİR?

13-08-2019, 05:24
  •     
  • Ölkə |
  •  Oxunma: 57

Qulaq tutulmasından qorunma üsulları... TƏMİZLYİ NECƏ EDİLMƏLİDİR?

Qulaq kanalımızın özünü təmizləyən bir orqan olduğunu bilirdinizmi? Qulağın kirini təmizləmək üçün pambıqlı qulaq çöplərindən istifadə edirik. Lakin bu, bəzi insanalarda tərs effekt verir. Medicinia.az mövzu ilə bağlı geniş məlumatı təqdim edir.Qulaq çöplərindən düzgün istifadə etmədikdə birçox problem meydana çıxır.
• eşitmənin itirilməsi
• baş gicəllənməsi
• qaşınma
• Tinnitus


Tinnitus- xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir.


Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından ibarətdir. Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün önəmlidir. Qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir. Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxanma yaranır.


Tıxanmanın yaranma səbəbi:


– Vəzlərin fəaliyyəti və kir ifrazının artması;
– Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;
– Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;
– Otit və sinusit kimi keçirilmiş xəstəliklər;
– Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;
– Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi.


Qulaq tıxacının təmizlənməsi üçün həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxanmanın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.


Qulaq kirinin təmizlənməsi:
– Əvvəlcə qulaqdakı tıxanmanı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxanma tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxanmanın hissəcikləri də xaric olunur. Çirk tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq lazımdır.


– Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı küncüt yağına xırda doğranmış və ya əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.

Uzun müddətli qulaqcıqdan istifadə, eşitmə kanallarının fəaliyyətinə mane olur. Həmçinin qulaqda kir yığılmasına şərait yaradır. həddindən çox qulaqda kir toplanması kanalı zədələyir,qulaqda infeksiyanın yaranmasına səbəb olur. eyni zamanda keçici karlıq da yaranır.lakin bu 3 gündən artıq olsa qorxmağa ehtiyac var.


Mütəxəssislərin fikrinə görə, qulağı spirt və sirkədən ibarət bir qarışıq ilə təmizləmək ən məntiqli üsuldur. Bu qarışıqdan qulağa sadəcə bir neçə damla tükdükdən sonra qulaq kiri daha tez xaric olacaq.

Qulaqlarınızı qulaq çöpü ilə təmizləməyin. Bu, olduqca təhlükəlidir. Sübut olunub ki, xarici qulaqdakı dəri quruluşu çox həssasdır. Xarici qulaqda olan və çox həssas bir dəri quruluşu olan pərdə eyni zamanda bölgəni xarici təsirlərdən və böcəklərdən də qoruyur. Qulaq çöpü ilə qulağı təmizləmək isə bu pərdəni irəli itələyir və burada sərtləşmə, bakteriyaya səbəb olur. Qulağın həftədə 1 dəfə təmizlənməsi qulaq təmizliyi üçün yetərlidir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI