PARADOKS

AKTUAL

Sakinlərin həyəcanlı müraciətləri ilə bağlı Agentlik araşdırma aparacaq

8-08-2019, 16:12
  •     
  • Ölkə |
  •  Oxunma: 71

Sakinlərin həyəcanlı müraciətləri ilə bağlı Agentlik araşdırma aparacaq
Qaradağ rayonunun Sahil qəsəbəsinin bir qrup sakini Bakı Nəqliyyat Agentliyinə müraciət edib.Bizimyol.info xəbər verir ki, sakinlər müraciətdə Sahil qəsəbəsindən Bakı şəhərinin mərkəzinə birbaşa marşrut xəttinin-“Sahil-Azneft dairəsi-Sahil” və “Sahil-28 may-Sahil” olmaqla təyin edilməsini tələb ediblər.

Müraciətdə hazırda qəsəbədə sərnişindaşımada xidmətin keyfiyyətinin aşağı səviyyədə olduğu vurğulanıb: “40-60 minlik əhalisi olan Sahil qəsəbəsindən Bakı şəhərinə və əks istiqamətdə marşrut xəttinin olmaması əhalinin və iş üçün qəsəbəyə gələnlərin kütləvi narahatlığına və narazılığına səbəb olur. Strateji əhəmiyyətə malik olan Sahib qəsəbəsinə zavodlar və başqa iş yerləri var. Xüsusən qış aylarında səhər işə və dərsə gecikmələr, axşam isə soyuqda bir neçə sərnişin avtobuslarına və ya “yol maşınlarına” minməsi sakinlər üçün kütləvi narahatlıq törədir. Eyni zamanda birbaşa marşrut xəttinin olmaması maddi cəhətdən də qəsəbə sakinləri üçün böyük problem yaradır”.

Müraciətdə o da qeyd olunur ki, avtobusların sərnişdaşıma tutumunun azlığı avtobusda böyük sıxlığa və narahatlığa səbəb olur: “Eyni zamanda avtobusların köhnə olması və texniki cəhətdən yaxşı vəziyyətdə olmaması tez-tez qəzaların, sərnişinlərin ictimai nəqliyyat vasitəsində olarkən avtobusda nasazlıqlar yaranmasına səbəb olur.

Sürücülərə nəzarətin zəif olması nəticəsində onlar tərəfindən tez-tez qayda pozuntularına səbəb olur. Məsələn, avtobusda sərnişin olarkən yanacaqdoldurma məntəqəsinə daxil olma, avtobusu idarə edərkən telefondan istifadə, sürət həddinin aşılması halların rast gəlmək olar”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bizimyol.info-ya bildirilib ki, Sahil qəsəbəsi, eləcə də digər ətraf kənd və qəsəbələrdə sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması Agentliyin əsas məqsədidir: “Bildiyiniz kimi hazırda avtobus parkının yenilənməsi və marşrut xətlərinin optimallaşdırılması işləri gedir. Bu çərçivədə Sahil qəsəbəsi sakinlərinin qaldırdığı məsələlərə də baxılacaq və onları qane edən qərar qəbul ediləcək”.

Ramid İbrahimov


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI